Kriminal 

Bakıda qardaş qardaşını qətlə yetirib

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Məlikov küçəsi dalan 7, mənzil 2 ünvanında qeydə alınıb. 1969-cu il təvəllüdlü Camalov Elçin Elzəməd oğlu qardaşı ilə dava edib. E.Camalov qardaşının ürək nahiyəsinə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Dava zamanı Elçin Camalov özü də çoxsaylı bıçaq xəsarətləri aldığından xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Kriminal 

Ad günündə 27 yaşlı gənci GÖRÜN NƏ ÜSTÜNDƏ ÖLDÜRÜBLƏR

Sumqayıt şəhərində qətl törətməkdə və oğurluqda təqsirli bilinən 1996-cı il təvəllüdlü Babək Atamalıyev, Hüseynağa Ağayev və Musa Cavadlının cinayət işi. ARANTV.AZ  xəbər verir ki, qətl hadisəsi Sumqayıt şəhər ərazisində gecə saat 1 radələrində baş verib. 27 yaşlı Namiq Məmmədovun Sumqayıt şəhəri, 13-cü mikrorayonda üzərində zorakılıq xəsarətləri olan meyiti aşkar edilib. Fakta görə Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Sumqayıt şəhər sakini Babək Atamalıyev tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, Namiq Məmmədov doğulduğu gün…

Read More
Kriminal 

Mikroavtobus sürücüsünü boğazından bıçaqladılar

Bakının Sabunçu rayonunda sərnişin sürücünü bıçaqlayıb. ARANTV.AZ xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib. 1989-cu il təvəllüdlü Abbasquliyev Abdulla Bayram oğlu idarə etdiyi “Mercedes” markalı kiçiktutumlu sərnişin avtobusu ilə hərəkətdə olan zaman onun boğaz və qarın nahiyəsinə naməlum şəxs bıçaq zərbələri vurub. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.APA

Read More
Kriminal 

Bakıda qayınata kürəkəninin qanına qəltan etdi

Martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb. Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlunun şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon…

Read More
Kriminal 

Qadın həyat yoldaşını bıçaqladı

Bakının Nizami rayonunda ailə-məişət münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Keşlə qəsəbəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Sadıqov Zaur Əlövsət oğlu həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın onun sol buduna bir neçə bıçaq zərbəsi vurub. Z.Sadıqov yaralı halda xəstəxanaya çatdırılıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.APA

Read More
Kriminal 

Kənddə biabır olmuşdum… – Arvadını öldürən şəxs

Xaçmaz rayonunda övladlarının gözü qarşısında arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Onun istintaqdakı ifadəsi və hadisənin təfərrüatı məlum olub. ARANTV.AZ  musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Rəşad Rəşidovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Rəşad Rəşidovun istintaqdakı ifadəsi və hadisənin baş vermə səbəbləri ilə bağlı təfərrüatı məlum olub. Əvvəlcə bildirək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Raisa Rəşidova…

Read More
Kriminal 

Bakıda marketdə boğazı kəsilmiş kişi tapıldı

Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş vəziyyətdə 28 yaşlı kişi tapılıb. ARANTV.AZ xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb. Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib. Polislər tərəfindən hadisənin təfərrüatı araşdırılır.APA

Read More
Kriminal 

Qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olundular

Ağstafada qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Sadıqlı kənd sakini Qara Süleymanovdan 1 ədəd, “ZK” modelli, 24 kalibirli tək lüləli ov tüfəngi, rayonun Ağsöl kənd sakini “İJ” markalı, 20 kalibirli, tək lüləli ov tüfəngi, Göygöl rayon sakini Hüseynəli Musayevdən “İJ” markalı,16 kalibirli, tək lüləli ov tüfəngi, Muğanlı kənd sakini Alixan Bayramovdan 1 ədəd “İJ” markalı, 28 kalibirli, tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb. Bundan başqa davam etdirilən tədbirlər nəticəsində…

Read More
Kriminal 

“Kənddə biabır olmuşdum, məni “peysər” çağırırdılar, ələ salırdılar”- arvadını öldürən Rəşadın ifadəsi – ÖZƏL

Xaçmaz rayonunda övladlarının gözü qarşısında arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Onun istintaqdakı ifadəsi və hadisənin təfərrüatı məlum olub. ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Rəşad Rəşidovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Musavat.com Rəşad Rəşidovun istintaqdakı ifadəsini və hadisənin baş vermə səbəbləri ilə bağlı təfərrüatı əldə edib. Əvvəlcə bildirək ki, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Raisa Rəşidova aldığı…

Read More
Kriminal 

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ata Abdullayev barəsində həbs qərarı verilib. ARANTV.AZ-ın verdiyi xəbərə görə, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib. Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Məhkəmə prosesində çıxış üçün söz verilərkən Ata Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. İlkin məlumata görə,…

Read More