Kriminal 

Lənkəranda Qarabağ qazisi bıçaqlandı

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ Report-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda polisi qətlə yetirən şəxsdən XƏBƏR VAR

Bakıda polis polkovnikini qətlə yetirməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam…

Read More
Kriminal 

Yasamalda qadın özünü bıçaqladı

Bakı sakini özünə bıçaq xəsarəti yetirib. ARANTV.AZ xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Zeynalova Günay Azad qızı yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.Publika.az

Read More
Kriminal 

Bakıda 21 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Alışov Zeynal Asif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş deşilmiş yarası diaqnozu qoyularaq əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.“Report”

Read More
Kriminal 

Anasının qəssabla münasibətindən şübhələndi: “Gecə ətin pulunu gətirəndə…” – Təfərrüat

Beyləqanda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Nurlan Ataşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, Nurlan Ataşov 2019-cu ilin təxminən iyul ayından başlayaraq anası Lətafətin Mil qəsəbəsində qəssab işləyən həmkəndlisi Nəciməddin Mehdizadə ilə yaxın münasibətdə olmasından şübhələnib. O, anasının hərəkətlərini kənd camaatı arasında özünün alçaldılması və ləyaqətinin təhqir edilməsi kimi qəbul edib, bu barədə anasına dəfələrlə irad bildirib. 18 avqust 2019-cu il tarixdə, saat 23 radələrində anasının evdə olmadığını görüb və onun Nəciməddin Mehdizadə ilə birlikdə olmasından şübhələnib. Evin mətbəxindən bıçaq götürüb və…

Read More
Kriminal 

Bakıda ərini yatan yerdə öldürən qadın: “Peşman deyiləm!” – VİDEO

Bakıda həyat yoldaşını yatdığı yerdə öldürən qadın əməlindən peşman olmadığını bildirib. İctimai Televiziyadan verilən məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki 41 yaşlı Günay Şıxəliyeva həyat yoldaşı 45 yaşlı Mahir Şıxəliyevi dəmir linglə vuraraq yatdığı yerdə qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. İTV-yə danışan ailənin qonşuları bildirib ki, M.Şıxəliyev spirtli içki aludəçisi olub. O davamlı olaraq həyat yoldaşı Ş.Şıxəliyevaya qarşı fiziki təzyiq göstərib. İlkin ifadə zamanı G.Şıxəliyeva cinayət törətdiyini etiraf edib və əməlindən peşman olmadığını deyib. Bildirək ki, G.Şıxəliyeva və M.Şıxəliyevin birgə nikahdan…

Read More
Kriminal 

Bakıda oğul çayxanada xadimə işləyən anasını öldürdü

Martın 10-da saat 09:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xətai rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə…

Read More
Kriminal 

Bakıda qardaşını öldürən şəxs məhkəmə qarşısına çıxarılır

Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Elmin Eynullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Siyavuş Hacıyevin icraatındadır. Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü Eynullayev Səfa Sahibəli oğlu qardaşı ilə dava edib. Qardaşı E.Eynullayev onun qarın nahiyəsinə çoxsaylı bıçaq xəsarətləri yetirib. S.Eynullayev hadisə yerində ölüb. E.Eynullayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.“Report”

Read More
Kriminal 

Bakıda evdən kişi meyiti tapıldı: Arvadı saxlanıldı

Martın 7-də saat 5 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı…

Read More
Kriminal 

Bakıda arvadının boğazını kəsən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Əlixan Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. Qeyd edək ki, qətl ötən il mayın 22-də, saat 14:00 radələrində Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. Burada yaşayan 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib.Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub.…

Read More