Kriminal 

Prokurorluqdan Şirvandakı dəhşətli qətlə bağlı məlumat: Qadının ağzını, əllərini skoçla bağlayıb…

Fevralın 5-də səhər saatlarında Şirvan şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Şirvan şəhər prokurorluğu məlumat yayıb. Hadisənin təfərrüatlarının və cinayəti törətmiş şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi məqsədilə prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək, Durna Dadaşovanı qəsdən öldürməkdə…

Read More
Kriminal 

Ağdamda qardaş qardaşı bıçaqladı – FOTO

Ağdamda qardaş qardaşı bıçaqlayıb. Trend-in məlumatına görə, yaralı Ağdam rayon Çəmənli kənd sakini, 1971-ci il təvəllüdlü Həsənov Qalib Balış oğlu Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, zərərçəkmiş qardaşı Həsənov İlham Balış oğlu tərəfindən bıçaqlanıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Read More
Kriminal 

Bakıda dava zamanı gənc bıçaqlanıb

Bakının Suraxanı rayonunda 21 yaşlı oğlan bıçaqlanıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Bülbülə qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Quliyev Cavid Zahir oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Onun qarnının ön divarı və döş qəfəsinə ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.Fakt Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırılır.

Read More
Kriminal 

Qandallanan Rasim Məmmədovu kitabında kimlər və niyə tərifləyib – ilginc məqamlar

“Baku Steel Company”nin sabiq rəhbərinin qanunsuzluqlarının ört-basdır edilməsi üçün müxtəlif planlar varmış… “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sabiq sədri, hazırda həbsdə olan Rasim Məmmədovun saysız-hesabsız qanunsuzluqları cinayət işi çərçivəsində araşdırılmaqdadır. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 3-də rəsmi məlumat yayıb. DTX qeyd edir ki, Rasim Məmmədovun ölkədə metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına və dövlətin mənafelərinə zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı daxil olmuş məlumatlar araşdırılıb. Açıqlamaya görə, onun satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon manatı mənimsəməsinə, 42 milyon manat dəyərində…

Read More
Kriminal 

Bakıda bir ailənin 3 üzvü bıçaqlanıb

Bakının Nizami rayonunda üç nəfər bıçaqlanıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Fərzəliyev küçəsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Əzimova Zeynəb Elşad qızı və onun qardaşı Niftəliyev Vüsal Elşad oğlu Z.Əzimovanın həyat yoldaşı olan 1976-ci il təvəllüdlü Əzimov Şücaət Məmmədhəsən oğlu tərəfindən bıçaqlanıb. Ş.Əzimov da qaynı V.Niftəliyev tərəfindən bıçaqlanıb. Hər üç yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.

Read More
Kriminal 

DƏHŞƏTLİ QƏTL: Ana 2 uşağını boğaraq öldürdü

Rusiyada 36 yaşlı qadın iki uşağını boğaraq öldürüb Gənc ana 11 və 3 yaşında iki uşağını boğaraq özü də intihara cəhd edib. Həyat yoldaşı işdən qayıdanda onların yuxuda olduğunu düşünüb və onları oyatmamağa fikirləşib. Lakin o, hadisədən həkimlər gələndə xəbər tutub. Belə ki, azyaşlı uşaqlarını qətlə yetirən qadın təcili tibbi yardıma zəng vuraraq özü də intihara cəhd edib. 1984-cü il təvəllüdlü qadının ruhi xəstə olmadığı məlum olub. Ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./Ucnoqta.az

Read More
Kriminal 

Otağa girdi, bacısını çarpayıda elə vəziyyətdə gördü ki… — Şamaxıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Şamaxı rayonunda bacısını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Rafael Yolçuyevin cinayət işi. 1977-ci il təvəllüdlü Şamaxı rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb. Ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq qətlə yetirib və polisə könüllü təslim olub. İş üzrə dindirilmiş Rafael Yolçuyev ailəsi ilə birlikdə Şirvani küçəsi ev 5-də yaşadığını, özünə məxsus maşınla Şamaxı-Bakı marşrutu üzrə sərnişin daşıdığını bildirib. Kiçik bacısı Yasəmən ailəli olub və həmin nigahdan 3 övladları…

Read More
Kriminal 

Qanunsuz ov edən şəxs saxlanılıb

Siyəzən rayonunda qanunsuz ov edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətininin Quba rayonunda regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Zarat kəndi ərazisində qanunsuz ov edən Şərif Şərifzadə saxlanılıb. Ondan bir ədəd “Ata arms” markalı ov tüfəngi və beş ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.

Read More
Kriminal 

Ər keçmiş arvadını bıçaqladı

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə rayonun Qəriblər kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədovaya keçmiş həyat yoldaşı bir neçə bıçaq zərbəsi vurub. Qadın döş qəfəsi və belin sol aşağı nahiyələrindən aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə Viləş körpüsü adlanan ərazidə qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Xaçmazda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rəşidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb. ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il avqustun 10-da saat 14:00 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Nəticədə zərərçəkmiş aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölüb. Xaçmaz rayon prokurorluğunda aparılan istintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Rəşad Rəşidova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.“Report”

Read More