Siyasət 

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib. Bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib. Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib. O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub. Azərbaycandan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketi göndərilib. Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.//Report

Read More
Siyasət 

Prezident Sərəncam İMZALADI

Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi qeyd olunacaq. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında 120 illiyi tamam olur. Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və…

Read More
Siyasət 

Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat yayılıb. “İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb”, – paylaşımda bildirilib və əlavə olunub ki, söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.  

Read More
Siyasət 

Ərdoğan Ermənistana GEDİR? – İrəvan rəsmi dəvət GÖNDƏRDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələri arasında strateji yaxınlıq, əməkdaşlıq, dialoq və koordinasiyanı inkişaf etdirmək məqsədilə yaradılmış Avropa Siyasi Birliyinin (ASB) iclasına dəvət edilib. Musavat.com xəbər verir ki, toplantı mayın 4-də Ermənistanın paytaxtı İrəvanda baş tutacaq. “Gələcəyin formalaşdırılması: Avropada birlik və sabitlik” mövzusuna həsr olunmuş iclasa Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edəcək. Türkiyə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan ASB-nin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk iclasında iştirak edib. Rəcəb Tayyib Ərdoğan həmçinin 2024-cü il noyabrın 7-də Budapeştdə və…

Read More
Siyasət 

Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb. Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub. Azərbaycan Hökuməti ilə Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib. Xarici…

Read More
Siyasət 

Dörd Avropa liderlərinin ardarda səfəri – Bakı ilə münasibətlər zərurətə çevrilir

Başa çatmaq üzrə olan aprel ayında dörd Avropa ölkəsinin lideri Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Baş naziri İnqa Ruqiniene və Latviya Prezidenti Edqars Rinkeviçi Bakıda, Ukraynanın prezidenti Volodimir Zelenski və Çexiyanın baş naziri Andrey Babişi isə Qəbələdə qəbul etdi. Mayın 5-də isə İtaliyanın baş naziri Corcia Meloni Azərbaycana səfər edəcək. Bu səfər də aprel prosesinin davamı kimi qiymətləndirilir. Bu ölkələrdən dördü Avropa İttifaqının üzvü, biri isə Avropanın önəmli ölkəsidir. Musavat.com-un xəbərinə görə, siyasi analitiklər hesab edir ki, bu səfərlər Azərbaycanın Avropa üçün önəminin daha da artdığının göstəricisidir.…

Read More
Siyasət 

İrəvandan Xankəndi açıqlaması: Hay-küyün mənası yoxdur

Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Arsen Torosyan Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı İrəvanın sərt reaksiya verməsinin mənasız olduğunu bildirib. Musavat.com xəbər verir ki, o, bu barədə ictimai televiziyanın efirində danışıb. Deputat məsələ ilə bağlı hay-küy qaldırmağın heç bir nəticə verməyəcəyini vurğulayıb: “Yaxşı, bunu edək — və nə olacaq?” – deyə o bildirib. Torosyanın sözlərinə görə, Ermənistanın bu istiqamətdə hər hansı addım atması Qarabağ hərəkatının yenidən canlanmasına səbəb ola bilər. O qeyd edib ki, Azərbaycan öz suveren ərazisində istədiyi addımları atmaq hüququna malikdir: “Onlar öz suveren ərazilərində…

Read More
Siyasət 

Rusiya XİN-dən Azərbaycanla bağlı açıqlama

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikitərəfli münasibətləri müzakirə ediblər. Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüş aprelin 28-də Moskvada baş tutub. Görüş zamanı Azərbaycan ilə Rusiya arasında münasibətlərin bəzi aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Read More