Siyasət 

Parlamentdən Prezidentə TƏBRİK

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb. Musavat.com xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında bu münasibətlə dövlət başçısını təbrik edib. Deputatlar spikerin təbrikinə alqışlarla dəstək ifadə ediblər.

Read More
Siyasət 

Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub – FOTOLAR

Bu gün Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub. Musavat.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib. Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib. Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri…

Read More
Siyasət 

Amnistiya aktı 22 min 935 şəxsə şamil edilib

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul olunmuş “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Qərarın icrası başa çatıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, amnistiya aktının icrası qeyri-hökumət təşkilatları, media və digər vətəndaş cəmiyyəti nümayəndələri də cəlb edilməklə 4 ay müddətində həyata keçirilib. Dövlətin humanizm siyasətinin növbəti təzahürü olan bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Belə ki, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 min 935 şəxsə şamil edilib. Amnistiya…

Read More
Siyasət 

Andrey Babiş Azərbaycana gəldi – Foto/Yeniləndi

Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Publika.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Çex Respublikasının Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşıladılar. *** Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqı (Aİ) hüdudlarından kənara ilk rəsmi səfərini Azərbaycana edir. Publika.az xəbər verir ki, bu barədə A.Babiş “X” sosial şəbəkə hesabında məlumat paylaşıb. “Azərbaycan. Aİ xaricinə ilk rəsmi səfərim yeni başlayır”, – deyə baş nazir yazıb.

Read More
Siyasət 

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli dostlar, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm. Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu…

Read More
Siyasət 

Prezident İlham Əliyev: Bu mükafata layiq görülmək böyük şərəfdir

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym Şəhər şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciətində bildirib. “Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel –…

Read More
Siyasət 

Zelenskinin Bakı səfəri: strateji tərəfdaşlıq, humanitar missiya və balans siyasəti

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri Bakı–Kiyev münasibətlərinin çoxşaxəli və dərin mahiyyətini bir daha nümayiş etdirdi. Musavat.com xəbər verir ki, bu səfər təkcə diplomatik protokol çərçivəsində baş tutan görüşlərlə məhdudlaşmır, həm də iki ölkə arasında uzun illərə söykənən strateji tərəfdaşlığın yeni mərhələsini formalaşdıran mühüm siyasi hadisə kimi qiymətləndirilir. Mövcud reallıqlar fonunda bu səfər həm regional, həm də beynəlxalq kontekstdə diqqətlə təhlil olunur və onun nəticələri yalnız bugünkü deyil, gələcək əməkdaşlıq perspektivlərini də müəyyənləşdirir. Azərbaycan ilə Ukrayna arasında münasibətlər təsadüfi xarakter daşımır və bu əlaqələr konkret hüquqi-siyasi baza üzərində qurulub. Hələ 2008-ci…

Read More