Siyasət 

Prezident İlham Əliyev: Vaşinqtondakı bu cür zorakılıq hərəkətləri qəbuledilməzdir və qəti şəkildə pislənməlidir

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib. “Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə dövlət başçısı vurğulayıb.

Read More
Siyasət 

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Ukrayna prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib. Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa tərəflər ticarət, əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. XİN rəhbərləri regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyib, Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli…

Read More
Siyasət 

Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var

2023-cü ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.

Read More
Siyasət 

Prezident: SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Azərbaycanın Ukrayna ilə bir çox istiqamətlər üzrə bu gün də uğurla əməkdaşlıq etdiyini bəyan edib. Dövlət başçısı bu əməkdaşlığın bu gün bir daha təsdiqləndiyini qeyd edib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında bildirib. Bu gün müzakirə edilən məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində də əməkdaşlığı qeyd edən dövlətimizin başçısı deyib: “Burada həm əldə edilmiş nailiyyətlər var, – SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, – eyni zamanda, çox gözəl…

Read More
Siyasət 

Zelenski: Bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfəri nəzərdə tutulub

Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfəri nəzərdə tutulub. “Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşündə deyib. Onun sözlərinə görə, tələbələrin həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanışlığı da nəzərdə tutulub.

Read More
Siyasət 

Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub – YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. Musavat.com xəbər verir ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin Azərbaycana bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub. Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı…

Read More
Siyasət 

Azərbaycan və Ukrayna dron əleyhinə vasitələrin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər

Qəbələdə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında görüş çərçivəsində tərəflər hərbi sənaye kompleksinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Musavat.com xəbər verir ki, müzakirələr zamanı hərbi sənayedə və ümumiyyətlə sənayedə birgə istehsal ilə bağlı çox gözəl imkanlar olduğu qeyd olunub. Bundan başqa tərəflər dron əleyhinə mübarizə vasitələrinin istehsalı və təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq edə bilər.

Read More