Siyasət 

İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Xanımlar və cənablar, Azərbaycanın sədrliyi ilə keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (BMT ASİSK) səksən ikinci sessiyasında çıxış etmək üçün mənə göndərdiyi səmimi dəvətə görə Baş katibin müavininə dərin təşəkkürümü bildirmək istəyirəm. BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası, dayanıqlı inkişafın irəliləməsi, eləcə də regional bağlantıların, ticarətin və iqtisadi əməkdaşlığın asanlaşdırılmasında olduqca mühüm rol oynayan, BMT-nin…

Read More
Siyasət 

Ceyhun Bayramov Baş nazirlə görüşüb – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya və Sakit okean üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tərəflər Azərbaycanın UNESCAP-a sədrliyi dövründə prioritetlərini, Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional məsələləri müzakirə ediblər. “Asiya və Sakit okean üzrə BMT İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Anutin Çarnvirakul ilə görüşməkdən məmnun oldum. Tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə…

Read More
Siyasət 

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Musavat.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artıb, yoxsulluq və işsizlik isə təqribən 5 % səviyyəsinə düşüb: “Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırıb. Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç…

Read More
Siyasət 

Azərbaycan-Əlcəzair əməkdaşlıq gündəliyi müzakirə olunduFOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri, xarici işlər, xaricdəki milli icma və Afrika məsələləri üzrə naziri Əhməd Attaf ilə görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm addım kimi qiymətləndirilib. BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri, o cümlədən Azərbaycanın CICA-ya sədrliyi və gələn il İƏT Zirvə…

Read More
Siyasət 

Mehriban Əliyeva Antalyada panelə qatıldı – FOTOLAR

Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində aprelin 18-də “Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması” adlı panel iclas təşkil olunub. Musavat.com xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər. Əvvəlcə qonaqlar Afrika Mədəniyyət Evinin stendi ilə tanış olublar. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir. Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında keçirilən…

Read More
Siyasət 

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb. Musavat.com xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb. Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.

Read More
Siyasət 

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb. Musavat.com xəbər verir ki, o bu barədə “X” sosial media hesabında yazıb. Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.  

Read More
Siyasət 

XİN: Başlıbel faciəsi insanlıq əleyhinə cinayət olaraq unudulmamalıdır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Başlıbel faciəsi ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, nazirlik bu barədə “X” sosial media hesabında post paylaşıb. “33 il əvvəl, 18 aprel 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 18 azərbaycanlı mülki şəxs kəndləri dağıdıldıqdan sonra 18 gün dağ mağaralarında gizləndikləri aşkar edilərək qətlə yetirildi. Daha 14 nəfər isə girov götürüldü. Bu vəhşilik azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən sistemli zorakılıq, etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Belə ağır insanlıq əleyhinə cinayətlər heç vaxt unudulmamalıdır. Biz Başlıbel qətliamı qurbanlarının xatirəsini…

Read More