Siyasət 

Prezidentin köməkçisi: “Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir”

“Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir”. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “ADF 2026” çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib. Hikmət…

Read More
Siyasət 

Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib. Musavat.com xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb. O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb: “Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan–Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin…

Read More
Siyasət 

Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ

Milli Məclisin 21 aprel tarixli iclasının gündəliyi açıqlanıb. Parlamentdən Musavat.com-a verilən məlumata görə, gündəliyə 8 məsələ daxildir. Onlar aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatı. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 5. “Dövlət icra məmurları…

Read More
Siyasət 

Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər – FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində aprelin 17-də Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilir. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib.

Read More
Siyasət 

Ərdoğandan SON DƏQİQƏ AÇIQLAMASI – Azərbaycanla koordinasiyalı şəkildə…

Qonşu Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Musavat.com Reporta-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib. O bildirib ki, bölgədə və qonşu dövlətlərlə münasibətlərimiz yaxşı olmalıdır: “Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşmanı addım-addım irəli aparırıq”.

Read More
Siyasət 

Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyanı Milli Gün münasibətilə təbrik edib. “İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Suriyanın Milli Günü münasibətilə Suriya hökumətini və xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Milli Günün mübarək, Suriya!”, – paylaşımda qeyd olunub.

Read More