Siyasət 

Prezident Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət…

Read More
Siyasət 

Prezident xanımı ilə Türkiyədədir – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib. Musavat.com xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.

Read More
Siyasət 

Prezident onu “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ – FOTO

Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aprelin 17-də 60 yaşı tamam olur.

Read More
Siyasət 

Prezident qanun imzaladı

“Uşaq hüquqları haqqında” yeni qanunun layihəsindən irəli gələrək hazırlanan digər məcəllə və qanunlarda dəyişikliklər təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham ƏLiyev bununla bağlı Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlara dəyişiklikləri imzalayıb. “Uşaq hüquqları haqqında” qanun layihəsinə əsasən uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmiş qaydada…

Read More
Siyasət 

İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı

“Uşaq hüquqları haqqında” yeni hazırlanmış qanun qüvvəyə minib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb. Sənəddə uşaq hüquqları 8 fəsil və 63 maddə ilə təsbit olunub. Qanunda ilk dəfə uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır, uşağın üstün mənafeləri prinsipi hüquqi mexanizmə çevrilir. Həmçinin yeni qanunda zorakılıq formaları fiziki, psixoloji, cinsi, cismani cəza, etinasızlıq, internet zorakılığı və s. olmaqla təsnif edilir. Zorakılıq əlamətlərinin aşkar edilməsi zamanı müəllimlərin, tibb işçilərinin, sosial xidmət əməkdaşlarının bildirmə öhdəliyi təsbit olunur. Zorakılığa məruz qalmış uşağın tibbi, psixoloji, sosial reabilitasiyası dövlətin birbaşa öhdəliyi…

Read More
Siyasət 

XİN: Minatəmizləmə işlərində geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var

Minatəmizləmə işlərinə daha çox geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, minalar Azərbaycanda həyat almaqda davam edir: “14 aprel tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların davam edən insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi təhlükələri kəskin şəkildə xatırladır”. Nazirlik qeyd edib ki, 2020-ci ildə Vətən…

Read More
Siyasət 

SON DƏQİQƏ! Prezident bu qanuna DƏYİŞİKLİYİ təsdiqlədi

Ödənişli avtomagistrallarda maksimum sürət həddi saatda 130 km təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Belə ki, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda – sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.

Read More
Siyasət 

Prezidentin Fərmanı icra olundu: Bundan sonra…

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsinə başlanılıb. Musavat.com xəbər verir ki, həmin reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçdiyini elan edib. Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi…

Read More
Siyasət 

Prezident yeni səfirləri qəbul etdi – FOTOLARYENİLƏNİ

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev səfirlə söhbət edib. Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib. Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq,…

Read More