Siyasət 

Hikmət Hacıyev Gəncə ilə bağlı video PAYLAŞDI

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “AnewZ” telekanalının Gəncə haqqında hazırlanmış süjetini paylaşıb. Musavat.com-un məlumatına görə, videoda Gəncə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik ən qədim şəhərlərindən biri kimi təqdim olunur. Qeyd olunur ki, şəhər görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin yurdudur, elm, təhsil və ədəbiyyatın inkişafında mühüm rol oynayıb.

Read More
Siyasət 

Bakı balansı qorumaq xəttinə sadiqdir – İrana DƏSTƏK, müharibədən kənar siyasət davam edir…

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dünən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib. Paşazadə səfirlə görüşdə bir daha xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib. Səfir Müctəba Dəmirçilu isə ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Politoloq Kənan…

Read More
Siyasət 

Pezeşkianın təşəkkürü, Əliyevin “qardaşım” müraciəti

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. İlham Əliyev sosial media hesabında qeyd edib: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”. Xatırladaq ki, Pezeşkian aprelin 3-də X sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. Aprelin 2-də isə Azərbaycan Prezidenti…

Read More
Siyasət 

Əli Əsədov MÜHÜM müşavirə keçirdi: tapşırıqlar verdi

Azərbaycan Baş naziri Əli Əsədovun sədriliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilib. Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Müşavirədə martın 26 – 28-də respublikanın leysan yağışları və sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarında nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.

Read More
Siyasət 

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Prezident İlham Əliyev Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan ilə Seneqal arasındakı dostluq münasibətlərinin və əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli qaydada uğurla davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Read More
Siyasət 

“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığını bildirib. Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşım edilib. “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, – paylaşımda qeyd edilib. Qeyd edək ki, Pezeşkian 2 gün öncə İlham Əliyevə zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına…

Read More
Siyasət 

Azərbaycan XİN çağırış etdi

“4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan minaların ağır humanitar təsirinin aradan qaldırılmasına sadiqliyini bir daha təsdiq edir”. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşılan bəyanatda deyilir. “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar insan həyatı üçün ciddi təhlükə yaratmağa, yenidənqurmanı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycan mina çirklənməsindən ən çox zərər çəkmiş ölkələr sırasında qalmaqda davam edir. Biz beynəlxalq ictimaiyyəti humanitar minatəmizləmə səylərinə və zərərçəkənlərə yardım göstərilməsinə dəstəyi gücləndirməyə çağırırq. Minalardan azad…

Read More
Siyasət 

Prezident onları TƏLTİF ETDİ – SİYAHI

Prezident İlham Əliyev ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən bir qrup şəxsin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, aşağıdakı şəxslər təltif ediliblər: Bağırov Ceyhun Əkbər oğlu – polkovnik Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik Məmmədov Süleyman Abdulla oğlu – mayor Abdulov Səyahət Namik oğlu – kapitan Salahov Nurlan Bilal oğlu – kapitan Ağayev Hüseyn Osman oğlu Cəfərov Vüsal Nurəddin oğlu Cəlilov Şahin Səhlədar oğlu Əliyev Rəşad Radin oğlu Əliyev Fədai Azər oğlu Hüseynov Azər Fehruz oğlu…

Read More
Siyasət 

Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub

Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir. “İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanı Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel – Beynəlxalq Mina Təhlükəsi Haqqında Maarifləndirmə Günü ilə bağlı “X” hesabında bildirib. “Dünya irəlilədiyi halda, Azərbaycan hər gün səssiz və görünməz bir təhlükə altında yaşamağa davam edir. Azərbaycanın ərazisinin təxminən 12 faizi 30 illik işğal dövründə Ermənistan tərəfindən yerləşdirilmiş 1,5 milyondan çox mina ilə çirkləndirilib. 2020-ci ildən bəri — sülh dövründə 400-dən çox mülki şəxs həlak olub…

Read More
Siyasət 

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

Aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Musavat.com xəbər verir ki, Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb. İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib. Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

Read More