Siyasət 

İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir: “Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu…

Read More
Siyasət 

İlham Əliyev: Xarici siyasətimizdə TDT-yə üzv ölkələrlə əlaqələrimiz prioritet təşkil edir

Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələr prioritet təşkil edir. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. “Bütövlükdə, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”, – deyə dövlət başçısı vurğulayıb. İlham Əliyev qeyd edib…

Read More
Siyasət 

Prezident TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul etdi – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistanın Baş naziri Abdulla Aripovu, Qazaxıstanın Baş naziri Oljas Bektenovu, Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kiprin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Musavat.com xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib: Prezident İlham Əliyevin çıxışı – Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı bu dəfə Bakıda keçirilir. Sizi səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi, bizim…

Read More
Siyasət 

İlham Əliyev Qırğızıstana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edəcək. Musavat.com xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib. Adılbek Kasımaliyev bildirib ki, Qırğızıstan Azərbaycanla qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir: “Biz Sizin Qırğızıstana gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahələrində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək. Həqiqətən də bizim ölkələrimizin qarşılıqlı maraq…

Read More
Siyasət 

TDT hökumət başçılarının görüşünün birgə bəyanatı – TAM MƏTN

Bakıda, “Gülüstan” sarayında keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünun sonunda birgə bəyanat qəbul edib. Musavat.com bəyanatın mətnini təqdim edir: Türk Dövlətləri Təşkilatının Hökumət Başçıları/Vitse-Prezidentinin İkinci Görüşü 2 aprel 2026-cı il tarixində Bakıda keçirilib. Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev, Özbəkistanın Baş naziri Abdulla Aripov, Şimali Kiprin Baş naziri Ünal Üstel, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərgulu Ataguliyev, həmçinin TDT-nin Baş katibi Kubanıçbek Ömürəliyev iştirak ediblər. TDT-yə üzv…

Read More
Siyasət 

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu dedi. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə…

Read More
Siyasət 

İlham Əliyev qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib. Musavat.com xəbər verir ki, iştirakçılar Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistanın Baş naziri Abdulla Aripov, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kiprin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubaniçbek Ömüralıyev olub. Qeyd edək ki, qonaqlar Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdədirlər.

Read More
Siyasət 

Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar

Rusiya və Ermənistan liderləri arasında baş verən son polemikalar Cənubi Qafqazın siyasi mənzərəsində yeni bir gərginlik dalğasının xəbərçisidir. Musavat.com xəbər verir ki, Vladimir Putin və Nikol Paşinyan arasındakı bu qiyabi və birbaşa müzakirələr artıq lokal xarakterli məsələləri aşaraq, qlobal güclərin bölgədəki nüfuz savaşının tərkib hissəsinə çevrilib. Diqqət çəkən əsas məqam isə polemikanın daha çox Rusiya–Ermənistan münasibətləri və Rusiya–Qərb qarşıdurması müstəvisində aparılmasıdır. Moskvanın ritorikasında əsas xətt Ermənistanın iqtisadi asılılığını qabartmaq üzərində qurulub. Rusiyanın Ermənistana təqdim etdiyi iqtisadi imkanlar – xüsusilə qazın aşağı qiymətlərlə satılması, ticarət dövriyyəsinin 6 milyard dolları keçməsi – Kremlin…

Read More
Siyasət 

Prezident sərəncam İMZALADI: Bu qurum ləğv EDİLİR

“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamda əksini tapıb. Sərəncama əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsi təmin ediləcək. Həmçinin, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və “Azərbaycan Alüminiumu” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il…

Read More