Siyasət 

İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. Musavat.com-un məlumatına görə, mətndə deyilir: “Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz verib. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat edib. Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət…

Read More
Siyasət 

Ombudsman 31 mart soyqırımı ilə əlaqədar bəyanat yaydı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Publika.az xəbər verir ki, bəyanatda deyilir: “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilib. 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə…

Read More
Siyasət 

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

Hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Rasim Balayevlə vida mərasimi keçirilir. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, aktyor ötən gün 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. O, I Fəxri Xiyabanda dəfn ediləcək.

Read More
Siyasət 

Yaddaşımızın qanlı səhifəsi

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. 1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilmişdir. Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilmiş, talanlar və etnik təmizləmələr həyata keçirilmiş, yaşayış məntəqələri dağıdılmış, tarixi və dini abidələrimiz məhv edilmişdir.  Erməni cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış…

Read More
Siyasət 

Prezidentdən Cəmil Əliyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Cəmil Əziz oğlu Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilsin”.

Read More
Siyasət 

Əraqçi təşəkkür etmişdi: Ceyhun Bayramov cavab verdi…

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. Musavat.com xəbər verir ki, Azərbaycan XİN başçısı bu barədə “X” sosial media hesabında paylaşım edib. “Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!” – Ceyhun Bayramov paylaşımda qeyd edib. Daha əvvəl İranın XİN başçısı Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

Read More
Siyasət 

“Dövlətin sabitliyinin gizli qəhrəmanları” – deputat 28 mart tarixindən danışır

“Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixinin Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis olunması bu sahədə çalışan insanların əməyinə verilən böyük qiymətin bariz nümunəsidir. Ulu Öndər hər zaman təhlükəsizlik orqanlarının dövlətin dayanıqlığının təmin edilməsində, milli maraqların qorunmasında və sabitliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadığını xüsusi vurğulayıb”. Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib. Onun sözlərinə görə, Azərbaycan təhlükəsizlik orqanları ötən dövr ərzində mürəkkəb və şərəfli yol keçib, ölkəmizin suverenliyinin, konstitusion quruluşunun və…

Read More
Siyasət 

Prezident bu teatrın kollektivini təbrik etdi

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılış münasibətilə kollektivə təbrik ünvanlayıb. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “Əziz dostlar. Sizi əlamətdar hadisə – Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm. Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm. Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir. Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili…

Read More