Siyasət 

Hikmət Hacıyev MÜHÜM TOPLANTIDA iştirak etdi – FOTOLAR

Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı keçirilib. Musavat.com xəbər verir ki, toplantıda Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edib. Toplantıyla bağlı “X” hesabında paylaşım edən H. Hacıyev bildirib ki, Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə TDT çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib: “Görüş zamanı təşkilatın Qəbələ Zirvə Görüşünün nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrliyi dövründə müəyyən olunmuş prioritetlərə istinad edilərək mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.…

Read More
Siyasət 

Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm bünövrə üzərində inkişaf edir. Musavat.com APA-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında bildirib. Açılışa videokonfrans vasitəsilə qatılan Rusiya prezidenti vurğulayıb ki, Dərbənddəki yenilənmiş Azərbaycan Dövlət Dram Teatrının açılışı Dağıstan Respublikasının və ümumilikdə Rusiyanın və onunla qonşu dövlətlərin mədəni həyatında əhəmiyyətli hadisə olacaq: “Xatırladım ki, teatrın özünün tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Bu teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, indi, miqyaslı bərpa işlərindən sonra…

Read More
Siyasət 

Putindən SON DƏQİQƏ Azərbaycan-Rusiya münasibətləri AÇIQLAMASI

Rusiya prezidenti Vladimir Putin Azərbaycanla münasibətlərin strateji əsaslarının təkcə siyasi və iqtisadi deyil, həm də dərin mədəni köklərə söykəndiyini bəyan edib. Musavat.com xəbər verir ki, Putin bu fikirləri Dərbənddə yenilənmiş Azərbaycan Musiqili Dram Teatrının açılışı zamanı səsləndirib. Onun sözlərinə görə, iki ölkə arasında əlaqələr ortaq tarix və zəngin mədəni irs üzərində formalaşıb və bu faktor münasibətlərin davamlılığını təmin edir. Putin vurğulayıb ki, teatr səhnələri – istər Bakı, istərsə də Dərbənd – xalqlar arasında humanitar körpü rolunu oynayır. Bu məkanlar vasitəsilə mədəniyyətlər bir-birinə daha yaxından inteqrasiya olunur, qarşılıqlı anlaşma dərinləşir.

Read More
Siyasət 

Ceyhun Bayramov Mirzoyanla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

Read More
Siyasət 

Hikmət Hacıyev Ərdoğanın müşaviri ilə görüşdü

Budapeştdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə Prezidentin köməkçisi əlavə edib.

Read More
Siyasət 

İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

Prezident İlham Əliyev martın 27-də Gürcüstanın Azərbaycandakı səfirliyində olub, bütün Gürcüstanın Katalikos-Patriarxı II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Musavat.com xəbər verir ki, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlət başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını və fəaliyyətini nəcib amallara və dinlərarası dialoqun təşviqinə həsr etdiyini deyərək, onun xatirəsinin ölkəmizdə daim ehtiramla xatırlanacağını vurğulayıb. Dövlət başçısı Azərbaycan-Gürcüstan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında II İliya həzrətlərinin roluna toxunub. Zurab Pataradze səfirliyə…

Read More
Siyasət 

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinə təbrik məktubu göndərib. Publika.az xəbər verir ki, təbrikdə deyilir: Hörmətli cənab Prezident, Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Banqladeş arasındakı dostluq münasibətlərinin xoş ənənələri mövcuddur. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ikitərəfli əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və rifah arzulayıram”

Read More
Siyasət 

Rusiya və İran çökür: Türkiyə və Azərbaycan isə…

Nəsə yazıram. Bir qulağım Türkiyə televiziyasındadır. Aparıcı deyir ki, İranda on milyonlarla türk yaşadığı torpaqlarımıza göz dikənlər var. İmkan verə bilmərik ki, bizim torpağımızda bizim xalqımız yabançıların basqısı altına düşsün… Güney Azərbaycanın taleyinə təsir edə biləcək yad güclərə bağlı PKK ideologiyasına söykənən kürd faktoru Türkiyədə də müzakirə mövzusudur. Eşitdiklərimdən dolayı düşünürəm. Düşünürəm ki, Türkiyədəki bir türkün Güney Azərbaycana “bizim” deməsi, o torpaqları özününkü bilməsi, o insanları doğma sayması son dərəcə önəmli məsələdir. Yəni biz haradan hara gəldiyimizin fərqində belə deyilik. Biz artıq öz düşüncələrimizdə mövcud sərhədləri rədd edirik. Könül coğrafiyamızın…

Read More
Siyasət 

İlham Əliyev açılışda iştirak etdi- Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi. Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada – 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc…

Read More
Siyasət 

İlham Əliyev yunanıstanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Konstantinos Tasoulasaya təbrik məktubu göndərib. “İki sahil” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Read More