Prezidentin sosial media hesablarında Ramazan bayramı münasibətilə PAYLAŞIM – FOTO
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib. Musavat.com paylaşımı təqdim edir:
Read MorePrezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib. Musavat.com paylaşımı təqdim edir:
Read MoreAmerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Novruz və Ramazan bayramları ilə əlaqədar 2026-cı il martın 20-dən 24-dək bağlı olacaq və martın 25-də açılacaq. “İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X”dəki hesabında məlumat yayılıb. “Əgər siz ABŞ vətəndaşısınızsa və bu müddət ərzində köməyə ehtiyacınız varsa, zəhmət olmasa, +994 12 488 33 00 nömrəsinə zəng edin”,- məlumatda bildirilib: “Konsulluq barədə məlumat əldə etmək və ya Yaxın Şərqdəki amerikalılara yardım üçün Dövlət Departamentinin 24 saatlıq əməliyyat qrupuna +1-202-501-4444 (xaricdən) və 1-888-407-4747 (ABŞ-dən) nömrələri vasitəsilə zəng edin”.
Read MorePrezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Musavat.com President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar. Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və…
Read MoreAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: Musavat.com Fərmanın mətnini təqdim edir. 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 51-1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:…
Read MoreAzərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanunu imzalayıb. Qeyd edək ki, 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış konvensiya Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.
Read MoreAzərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Xocavənd rayonunun Xanoba kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb. Musavat.com videoçarxı təqdim edir:
Read MoreAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüş zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər regional sabitliyin qorunmasının, gərginliyin artmasının qarşısının alınmasının və beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, tərəflər Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək mövcud çağırışlara qarşı birgə və…
Read MoreAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib. “İki sahil” xəbər verir ki, paylaşımda deyilir: “18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!”. Qeyd edək ki, martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından biri olan Çanaqqala döyüşlərinin anım günüdür. Bu gün tarixin ağrılı olduğu qədər də şərəfli günlərindən sayılan Çanaqqala Dəniz Zəfərindən 111 il keçir.…
Read MoreAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Read MoreHakim partiyanın ali tədbirinin martda keçirilməməsinə səbəb regional müharibənin təsiri də ola bilər Hakim Yeni Azərbaycan Partiyasının (YAP) martda qurultayının keçiriləcəyi deyilirdi. Amma belə görünür ki, Ramazan və Novruz bayramları səbəbindən hakim partiyanın sayca VIII qurultayı apreldə olacaq. Mümkündür ki, YAP-ın ali tədbirinin keçirilməməsinə regional müharibənin də təsiri olsun. Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir. Qurultaylar adətən yalnız formal tədbir olmur – onlar həm siyasi kursun təsdiqi, həm də struktur və proqram yenilənməsi üçün əsas platformadır. Bu baxımdan,…
Read More