Siyasət 

Prezident Horovlu kəndinin AÇILIŞINDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verib. Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.…

Read More
Siyasət 

Ermənistan parlamentində terror – açılması hələ də arzuolunmayan cinayət – ŞƏRH

Ötən gün Ermənistan hakimiyyət nümayəndələrinə qarşı terrorun 26-cı ildönümü idi. Bu qətl nəticəsində ovaxtkı baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Demirçyan, onun müavinləri Yuri Baxşıyan və Ruben Mirzoyan, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyan, deputat Armen Armenakyan və Ermənistan Milli Elmlər Akademiyasının akademiki, deputat Mikael Kotanyan həlak olmuşdu. Terror aktı zamanı parlamentin binasında olan daha bir deputat, “Ermənistan” (“Hayastan”) qəzetinin redaksiya şurasının sədri Henrik Abramyan ürəktutmadan ölmüşdü. Ötən gün Karen Demirçiyanın oğlu, Vazgen Sarkisyanın qardaşı və başqaları parlamentin həyətində 1999-cu il 27 oktyabr terror aksiyası qurbanlarının xatirə kompleksini ziyarət…

Read More
Siyasət 

İlham Əliyev məscidin təməlini qoydu – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlini qoyub. Musavat.com xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev dövlət başçısına görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, məscidin ümumi sahəsi 1530 kvadratmetrdən çox olacaq. Burada eyni vaxtda 615 nəfər ibadət edə biləcək. İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait olacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgah yaradılacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr olacaq. Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq…

Read More
Siyasət 

Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyuldu – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. Musavat.com xəbər verir ki, ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq. Dövlət başçısı daha sonra şəhərdə inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır. Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda…

Read More
Siyasət 

Prezident Cəbrayılda avtomobil yolunun açılışında – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib. Musavat.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi. Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib. Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə…

Read More
Siyasət 

İlham Əliyev “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoydu – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Musavat.com xəbər verir ki, energetika naziri Pərviz Şahbazov dövlət başçısına 50 meqavat gücündə “Şəms” Günəş Elektrik Stansiyası barədə məlumat verdi. Bildirildi ki, bu layihə ölkənin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur. Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı…

Read More
Siyasət 

Pakistan Senatının sədri Azərbaycanda – FOTOLAR

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycana səfərə gəlib. Məqsəd Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etməkdir. Senat sədrini Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Read More
Siyasət 

Moskvadan Ağ Evdəki anlaşmaya “genosid” hədəsi

Rusiya XİN rəsmisi Paşinyanı niyə xəyanətkar adlandırdı – şok səbəb; Kreml böyük normallaşma prosesinə qarşı  Rusiya postsovet ölkələrinə qarşı köhnə imperiya siyasətindən hələ də əl çəkməyib. XİN rəsmisi Mariya Zaxarovanın ötən həftəsonu verdiyi təxribatçı açıqlama bu qənaəti bir daha təsdiqlədi.  XİN sözçüsü baş nazir Nikol Paşinyan və digər erməni rəsmilərinin uydurma “erməni soyqırımı”nı xarici siyasətin prioritet mövzuları sırasından çıxarmasından güclü sarsıntı keçirdiyini söyləyib, baş naziri və komandasını “xəyanətkar” adlandırıb. Sitat: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə…

Read More
Siyasət 

Sərhəddəki “casus”lar hərəkətləndi – Bakının tələbi

Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq? Azərbaycanla Ermənistan sülh mətnini parafladı, Minsk Qrupunun de-yure ləğvinə nail oldu. Artıq tərəflər arasında etimad mühiti yaranmaqdadır. Yekun sənədin imzalanması üçün isə yalnızca İrəvanın son şərti yerinə yetirməsi qalır.  Buna baxmayaraq, Avropa İttifaqının (Aİ) şərti sərhəddə yerləşən mülki missiyası, əslində “casus şəbəkəsi” hələ də bölgəni tərk etmir. Amma Aİ-nin Ermənistandakı müşahidə missiyası X səhifəsində post dərc edərək, “gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul xidməti apardığını” yazıb. Sözügedən paylaşımın məhz indi – Azərbaycanın öz sülh gündəmini real addımlarla təsdiq etdiyi bir vaxtda…

Read More