Siyasət 

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

Bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan Azərbaycana əsassız ittihamlar irəli sürülürdü: “İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək,…

Read More
Siyasət 

İran belə vəziyyətində niyə Azərbaycanı, eləcə də Türkiyəni hədəf alsın?

Bu sualı çoxları verir və hadisənin arxasında sionistlərin ola biləcəyinə dair fərziyyə irəli sürürlər. Onlar məsələyə rasional məntiq çərçivəsində yanaşırlar, halbuki son günlər dəfələrlə ifadə etdiyimiz kimi, İranda hazırda vahid, mərkəzləşdirilmiş hərbi və siyasi idarəetmədən danışmaq mümkün deyil. Yerlərdəki siyasi idarəçilərə və hərbi komandirlərə sərbəstlik verilib. Bunlar Tehrandan icazə və ya əmr gözləmədən müstəqil hərəkət edirlər. SEPAH hərbi birləşmələrinin əllərində koordinatlar var və o koordinatlar üzrə raket, dron buraxılışlarını həyata keçirirlər. Digər tərəfdən, ən vacib məqam budur ki, dinc dövrlərdə də İranın Azərbaycana münasibəti hər zaman aqressiv olub. 1991-ci il…

Read More
Siyasət 

Rəsmi Bakı: Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxlayır

Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Musavat.com xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İranın Naxçıvana dron hücumu ilə bağlı bəyanatında yer alıb. Qeyd olunub ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

Read More
Siyasət 

İlham Əliyev bu qanuna dəyişiklik etdi

Azərbaycanda investisiyanın dövlət tərəfindən alınmasının yeni əsasları təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İnvestisiya fəaliyyəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Yeni dəyişikliklə investisiyanın dövlət tərəfindən alınmasının yeni bir əsasını müəyyən edilib. Bu strateji əhəmiyyətə malik investisiyalara münasibətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə investisiyaların dövlət tərəfindən alınmasıdır. Beləliklə, strateji əhəmiyyətə malik olan investisiyaların Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vuran və ya Azərbaycanın milli maraqlarına zidd olan müstəsna halların qarşısını almaq məqsədilə dövlət tərəfindən alınmasının…

Read More
Siyasət 

SON DƏQİQƏ: Prezident fərman İMZALADI

Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Musavcat.com xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etməlidir.

Read More
Siyasət 

SON DƏQİQƏ! Azərbaycan XİN-dən İranın hücumu ilə bağlı RƏSMİ AÇIQLAMA – 2 nəfər…

5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu barədə Musavat.com-a XİN-dən məlumat verilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət…

Read More
Siyasət 

Azərbaycan XİN: “Vətəndaşlarımız arasında xəsarət alan olmayıb”

“Hərbi eskalasiya başlayan ilk gündən etibarən bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir, vətəndaşlarımıza müvafiq dəstək göstərilməsi istiqamətində tədbirlər görülür”. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. A.Hacızadə qeyd edib ki, indiyə qədər, bir nəfər istisna olmaqla vətəndaşlarımız arasında xəsarət alan olmayıb: “Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, bu gün Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı ölkəmizə…

Read More
Siyasət 

Prezident onları TƏLTİF ETDİ – SİYAHI

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının təltif ediləməsi ilə bağlı Sərəncam imzalayıb. Musavat.com-un məlumatına görə, Sərəncamda deyilir: Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Hümmətov Namiq Məhəmməd oğlu İsbatov İlqar Aydın oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Qarayev Abdı Nazim oğlu Nuriyev Eldar Srac oğlu “Tərəqqi” medalı ilə Aslanov Nadir Bahadır oğlu Babayev Zahid Sabir oğlu Kazımlı Elçin Çingiz oğlu Qasımov Read Azər oğlu Məmmədrzayev Cahangir Cavanşir oğlu…

Read More
Siyasət 

İlham Əliyev daha bir SƏRƏNCAM imzaladı

Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi Sərəncam imzalayıb. Musavat.com bununla bağlı President.az-a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Hümmətov Namiq Məhəmməd oğlu İsbatov İlqar Aydın oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Qarayev Abdı Nazim oğlu Nuriyev Eldar Srac oğlu “Tərəqqi” medalı ilə Aslanov Nadir Bahadır oğlu Babayev Zahid Sabir oğlu Kazımlı Elçin Çingiz oğlu Qasımov Read Azər oğlu Məmmədrzayev…

Read More
Siyasət 

Zaxarova Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya Azərbaycan, Ermənistan və Türkmənistan hakimiyyətlərinə minnətdardır. Bu ölkələr İran ərazisindən Rusiya vətəndaşlarının müvafiq quru sərhədləri vasitəsilə maneəsiz çıxışına şərait yaradıblar. Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O qeyd edib ki, “martın 3-də Rusiya səfirliyinin əməkdaşlarının ailə üzvləri olan çoxsaylı qadın və uşaqlar təxliyə edilərək Azərbaycana gətirilib, daha sonra isə Moskvaya yola salınıblar”. Zaxarova Rusiya vətəndaşlarına hələlik İrana səfər etməməyi, hazırda bu ölkədə olanlara isə mümkün qədər tez ərazini tərk etməyi tövsiyə edib.

Read More