Siyasət 

Prezident İranın ölkəmizdəki səfirliyində oldu – Başsağlığı verdiFOTO

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib. Musavat.com xəbər verir ki, İranın səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb. Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağanı deyib. Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Read More
Siyasət 

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub

İrandan təxliyə prosesi davam edir. “İki sahil” xəbər verir ki, fevralın 28-dən bu gün saat 10-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə 1105 nəfər təxliyə olunub. Təxliyə olunanlar arasında Azərbaycan (175 nəfər), Çin (361 nəfər), Rusiya (244 nəfər), Tacikistan (99 nəfər), Pakistan (76 nəfər), Oman (46 nəfər), Səudiyyə Ərəbistanı (18 nəfər), Belarus (7 nəfər), Banqladeş və BƏƏ (ümumilikdə 6 nəfər), Gürcüstan (6 nəfər), Slovakiya (6 nəfər), Serbiya (5 nəfər), İordaniya (4 nəfər), Nigeriya (4 nəfər), İsveçrə (4 nəfər), Yaponiya (4 nəfər), Filippin (3 nəfər), Qətər (3 nəfər), Meksika (3 nəfər), Fransa…

Read More
Siyasət 

İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında edilən paylaşımda qeyd olunub. “Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”, – paylaşımda bildirilib.

Read More
Siyasət 

SON DƏQİQƏ: Prezident mühüm sərəncam İMZALADI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: ağır cinayətlər məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Rəhimova Aybəniz Məhəmməd qızı inzibati məhkəmələr üzrə: Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Bayramova Cahan Gəray qızı Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə: Kəngərli Rayon Məhkəməsi Rzazadə Türkan Əvəz qızı Bakı şəhərinin rayon məhkəmələri üzrə: Bakı şəhəri Xətai Rayon Məhkəməsi Nəsibov Elçin Aftandil oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Salmanova Gülnaz…

Read More
Siyasət 

İlham Əliyev: ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir

Amerika Birləşmiş Ştatları (ABŞ) ilə strateji tərəfdaşlıq Azərbaycanın enerji planlarını reallığa çevirir. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, ABŞ və Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir. “Dünyanın ən qüdrətli dövləti ABŞ-nin strateji tərəfdaşımız kimi çıxış etməsini nəzərə alaraq bizim planlarımızın gerçəkləşməsi tamamilə real görünür. Biz hidroelektrik stansiyalarına sərmayə…

Read More
Siyasət 

İlham Əliyev: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik

Azərbaycan Prezidenti İlham Əliyev 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasının gözlənildiyini deyib. Musavat.com xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı Azərbaycan Prezidenti qeyd edib ki, bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. “Daha əvvəl qeyd etdiyim kimi, bunun üçün yeni bazarlara, mövcud boru kəməri sisteminin genişləndirilməsinə ehtiyac var və əlbəttə, qazpaylama şəbəkəmizin şaxələndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi zəruridir”.

Read More
Siyasət 

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub. Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlər Yaxın Şərq regionunda müşahidə olunan hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar. Mövcud vəziyyətin regional və qlobal təhlükəsizliyə təsiri vurğulanaraq, humanitar hüquqa riayət edilməsinin, mülki əhalinin və obyektlərin qorunmasının, məsələlərin beynəlxalq hüquq norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib. Pakistan tərəfi, eyni zamanda, Pakistan-Əfqanıstan sərhədində baş vermiş toqquşmalarla bağlı mövcud vəziyyət…

Read More
Siyasət 

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib. Musavat.com xəbər verir ki, təbrikdə deyilib: “Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz…

Read More
Siyasət 

İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, Dan Yorgensen dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını deyib. Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini…

Read More