“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucu lideridir. Bu gün biz Heydər Əliyev irsindən danışarkən, əslində Azərbaycanın dövlətçilik irsindən danışmış oluruq. Bu dövlətçilik irsi isə özündə çoxsaylı mədəni, siyasi, diplomatik, sosial və hüquqi komponentləri birləşdirən böyük və zəngin bir irsdir”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili qeyd edib ki, dövlətçilik irsi əslində dövlətin bir təsisat kimi mövcudluğunu təmin edən ideoloji, siyasi və hüquqi dəyərlərin, prinsiplərin və ənənələrin məcmusudur. Bütün bunlar isə böyük dövlət xadimi, ulu öndər tərəfindən yaradılıb və formalaşdırılıb:“Biz hazırkı gəldiyimiz nöqtədən 1990-cı illərin əvvəllərinə,…
Read More