Siyasət 

Kanada vətəndaşlarının Azərbaycan vasitəsilə İrandan təxliyəsi müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb. Azərbaycanın Xarici İşlər Nazirliyindən Musavat.com-a bildirilib ki, telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiya və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə olunub. Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb. Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.…

Read More
Siyasət 

Ceyhun Bayramov Abbas Əraqçiyə Əli Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verib

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı, İranda hərbi əməliyyarlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunub. İran İslam Respublikasının xarici işlər naziri cari vəziyyət və atılan addımlar barədə məlumat verib. Ceyhun Bayramov bölgədə vəziyyətin faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlıq ifadə edib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və günahsız mülki insanların həlak olması ilə…

Read More
Siyasət 

“İranda bir nəfər vətəndaşımız xəsarət alıb” – XİN

“Qeyd edək ki, böhran vəziyyətinə uyğun olaraq, bölgədə yerləşən Səfirliklərimiz və Baş konsulluqlarımız fəaliyyətini gücləndirilmiş rejimdə davam etdirir”. “İki sahil” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı bildirib. O qeyd edib ki, vətəndaşlarımızdan gələn müraciətlərə uyğun olaraq, diplomatik missiyalarımız tərəfindən müvafiq dəstək göstərilir: “İndiyə qədər, yalnız bir nəfər vətəndaşımız xəsarət almışdır. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilir və onun vəziyyəti yaxşıdır. Vətəndaşlarımızın təxliyyəsinə gəldikdə, indiki məqamda, Xarici İşlər Nazirliyinin paylaşdığı səyahət xəbərdarlığına uyğun olaraq, İran ərazisində…

Read More
Siyasət 

Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı BƏYANAT

Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional hərbi eskalasiyaya dair bəyanatda qeyd olunub. Bildirilib ki, XİN qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırır. “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, – bəyanatda vurğulanıb. Qeyd edək ki, Azərbaycanın XİN İranda təhlükəsizlik…

Read More
Siyasət 

İran müharibəsi üçün üç ssenari – Azərbaycana böyük təhlükə

Hərbi ekspertlərə görə, ABŞ-ın uzunmüddətli hərbi kampaniyanı davam etdirməsi çətindir- maksimum 10 gün sonra… Amerika və İsrail orduları bu səhər İrana qarşı kütləvi hücumlar təşkil ediblər. Bu dəfə ABŞ və müttəfiqləri artıq İranın nüvə proqramının arxasında gizlənmədilər və açıq şəkildə məqsədlərinin Tehrandakı rejimi devirmək olduğunu bildirirdilər. Savaşın areralını genişləndirən İranın nəyə nail olacağını demək də hələ çox tezdir. Ona görə savaşın hansı ssenari ilə davam edə biləcəyi və hansı sonluqla nəticələnə biləcəyi haqda ən müxtəlif versiyalar var. Onlardan üçü haqda daha çox danışılır. Musavat.com xəbər verir ki, Yaxın Şərq Araşdırmaları Mərkəzinin…

Read More
Siyasət 

İlham Əliyev Xocalını əbədiləşdirdi – Azərbaycan ədaləti tarixə möhür vurdu

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalı Memorial Kompleksinin açılışının edilməsi xalqımızın tarixi yaddaşında mühüm və əlamətdar hadisə kimi qalacaq. Bu möhtəşəm kompleks təkcə bir memarlıq abidəsi deyil, həm də milli qürurumuzun, ədalətə inamımızın və şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir”. Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib. Onun sözlərinə görə, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı insanlıq tarixinin ən qanlı faciələrindən biri kimi yaddaşlara həkk olunub: “Günahsız qadınların, uşaqların və qocaların amansızcasına qətlə yetirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması…

Read More
Siyasət 

Prezidentdən FHN-lə bağlı vacib FƏRMAN

Fövqəladə Hallar Nazirliyinin vəzifələri sırasına aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək daxil edilib. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında Əsasnamə”yə də müvafiq dəyişiklik edilib.

Read More
Siyasət 

SON DƏQİQƏ: Prezidentdən sosial şəbəkələrlə bağlı MÜHÜM SƏRƏNCAM

Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, sənəd uşaqların rəqəmsal mühitdə müdafiəsi sahəsində balanslaşdırılmış, sübuta əsaslanan və sistemli yanaşmanın, sosial şəbəkələrdən istifadə sahəsində rəqəmsal bacarıqların təşviqi, onlayn davranış mədəniyyətinin formalaşdırılması və yaradıcı rəqəmsal potensialın inkişaf etdirilməsi məqsədi daşıyır. Sərəncamda qeyd olunub ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı və rəqəmsal texnologiyaların geniş tətbiqi sosial şəbəkələrin ictimai münasibətlər sistemində əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması,…

Read More