Siyasət 

Prezident Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşdü- FOTOLARYENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü olub. Musavat.com xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab Baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab Baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona yaxşı, böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o, ilk…

Read More
Siyasət 

İlham Əliyevə Azərbaycan dilində təşəkkür etdi – VİDEO

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Azərbaycan dilində müraciət yayımlayaraq, səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Musavat.com xəbər verir ki, Efiopiya lideri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Paylaşımda Efiopiya hökumətinin rəhbəri rəsmi səfər çərçivəsində baş tutmuş əsas danışıqların videokadrlarını yerləşdirib və Azərbaycan dilində bu sözləri yazıb: “Səmimi və səxavətli qonaqpərvərliyinizə görə təşəkkür edirəm”. Paylaşımda həmçinin Azərbaycan Prezidenti İlham Əliyev də qeyd olunub.  

Read More
Siyasət 

Rəqəmsal İnkişaf Şurası yaradıldı – Sədri Mehriban xanım Əliyevadır

Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb. “İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla Şuranın sədri Azərbaycanın Birinci vitse-prezidenti təsdiq edilib. Şuranın üzvləri isə aşağıdakılardır: Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi rəqəmsal inkişaf və nəqliyyat naziri elm və təhsil naziri ədliyyə naziri maliyyə naziri iqtisadiyyat naziri Mərkəzi Bankın sədri Azərbaycan…

Read More
Siyasət 

Prezidentlə Efiopiyanın Baş naziri geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə geniş tərkibdə görüşü oldu. Musavat.com xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos “Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar. Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı…

Read More
Siyasət 

İlham Əliyev O HALDA İrəvana gedəcək ki… – GÖZLƏNTİ

Xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirak edib-etməyəcəyindən danışıb. Nazir bunu Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib. “Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib”, – o bildirib. Yada salaq ki, rəsmi İrəvan aylar öncə həmin tədbirə Azərbaycan və Türkiyə rəhbərlərini də dəvət edib. Nəzərə alsaq ki, Bakı və İrəvan arasında yaxınlaşma və dinamik…

Read More
Siyasət 

Prezident: Haqq səsimizi ucaltmasaydıq, Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünyaya məlum olmazdı

Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün, bəlkə də, dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir: “Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı…

Read More
Siyasət 

İlham Əliyev: Xocalı Soyqırımı Memorial Kompleksi silinməz yaddaşımızın təcəssümü olacaq

Xocalı Soyqırımı Memorial Kompleksi silinməz yaddaşımızın təcəssümü olacaq. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısı bildirib ki, bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir: “Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım…

Read More
Siyasət 

İlham Əliyev: Hər zaman güclü olmalıyıq ki, belə faciələr bir daha təkrarlanmasın

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, belə faciələrin bir daha təkrarlanmaması üçün hər zaman güclü olmaq lazımdır. Musavat.com-un məlumatına görə, dövlət başçsı Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı çərçivəsində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: “Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı”. Prezident bildirib ki, bu gün Azərbaycan xalqına, dövlətinə olan hörmət…

Read More