Siyasət 

Azərbaycan lideri: Antiterror əməliyyatında Xocalıya ədalət təmin edildi

Prezident İlham Əliyev Azərbaycan üçün ərazi bütövlüyünün tam bərpa edilməsinin əsas məsələ olduğunu bildirib. Musavat.com xəbər verir ki, bunu Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında danışan dövlət başçısı vurğulayıb ki, hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. “Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq”,…

Read More
Siyasət 

Prezident Xocalı Soyqırımı Memorialının AÇILIŞINDAYENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Memorial barədə məlumat verdi. Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən…

Read More
Siyasət 

Xocalının qisası yerdə qalmadı

Tarix boyu ermənilər tərəfindən dəfələrlə soyqırımı cinayətlərinə məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə üzləşdi. Həmin gün keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalını işğal edən ermənilər şəhərin sakinlərinə qarşı kütləvi qətliam həyata keçirdilər. 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qəddarlıqla qətlə yetirildi, 1275 nəfər əsir aparıldı, 150 nəfər itkin düşdü. Yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı ən böyük cinayətlərdən olan Xocalı qətliamının törədilməsindən bu gün 34 il ötür. Bu hadisə ermənilərin Qarabağda həyata keçirdikləri etnik təmizləmə…

Read More
Siyasət 

Prezident Avropa Siyasi Birliyinin iclasında iştirak etməyəcək

Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycanın müxtəlif səviyyələrdə təmsil olunması nəzərdə tutulmur. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakıda yerləşən “Ana harayı” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında məlumat verib. Nazir bildirib ki, İlham Əliyevin sıx iş qrafikində may ayında Ermənistana səfər nəzərdə tutulmayıb. “Məndə olan məlumata görə, may ayında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı nəzərdə tutulmur. Burada təmsilçilik yalnız dövlət başçıları səviyyəsində olur, yəni bu format belə təsis edilib. Məndə olan məlumata…

Read More
Siyasət 

Prezident Lənkərana GETDİ – Açılışda iştirak etdi

Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir. Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik…

Read More