Prezident Küveyt Əmirini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, təbrikdə deyilir: “Əlahəzrət, Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır. Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də…
Read More