Siyasət 

İlham Əliyev: Azərbaycan və ABŞ anti-terror əməliyyatlarında əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ anti-terror əməliyyatlarında əməkdaşlıq edəcək. Bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib. Prezident qeyd edib ki, Azərbaycan və ABŞ arasındakə münasibət yeni mərhələyə qədəm qoyur: “Bu gün imzaladığımız sənədlə bizim əməkdaşlığımızın müxtəliflər istiqaməti var. Təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirəcəyik. Anti-terror əməliyyatlarında əməkdaşlıq edəcəyik”.

Read More
Siyasət 

İlham Əliyev bu sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2025-ci il noyabrın 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” təsdiq edilib.

Read More
Siyasət 

İlham Əliyev Vensi qarşıladı – FOTOLAR

Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi olub. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi vitse-prezident Ceyms Devid Vensə raport verib. Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri vitse-prezident Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan…

Read More
Siyasət 

Milli Məclisdə TARİX YAZILIR – Azərbaycan BMT-nin bu Konvensiyasını ratifikasiya edən İLK ÖLKƏDİR

10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib. Musavat.com xəbər verir ki, bununla Azərbaycan Respublikası Konvensiyanın ratifikasiyası prosesinə liderlik edən ölkəyə çevrilir. Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli…

Read More