Siyasət 

Prezidentdən ÖNƏMLİ SƏRƏNCAM

Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, Sərəncamda deyilir: – 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur. Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın…

Read More
Siyasət 

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi SALAMLADI

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb. Bu barədə təşkilatın “X” sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub. “Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır”, – deyə açıqlamada bildirilib. Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.//Report  

Read More
Siyasət 

Prezident Sumqayıtda açılışda- FOTOLAR

Prezident İlham Əliyev bu gün Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib. Musavat.com xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal…

Read More
Siyasət 

Hikmət Hacıyev “AnewZ”un Şəki barədə hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında “AnewZ” telekanalının Şəki barədə hazırladığı sənədli filmi paylaşıb. Musavat.com xəbər verir ki, film “Şəki: Şəbəkə, tarix və sənətkarlığın Azərbaycanın canlı irsini toxuduğu məkan” adlanır. Filmdə qeyd olunur ki, Böyük Qafqaz dağlarının möhtəşəm fonunda yerləşən Şəki – incəsənət, riyaziyyat, memarlıq və təbiətin heyrətamiz ahəngdə qovuşduğu bir şəhərdir. Şəhər mismar və yapışqan istifadə olunmadan hazırlanmış mürəkkəb şəbəkədən tutmuş YUNESKO siyahısına daxil edilmiş tarixi mərkəzin zərif bütövlüyünə qədər, ipək ticarəti, sənətkarlıq və qədim yollar boyunca mədəni mübadilə daxil…

Read More
Siyasət 

Prezidentdən Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev 8 iyul 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara “Təhsil haqqında” qanuna uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi – diplomla yanşı döş nişanı da veriləcək.

Read More
Siyasət 

Azərbaycanda elektron siqaret qadağası təsdiqlənib

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. “İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya…

Read More
Siyasət 

Prezident İlham Əliyev İsrailin XİN başçısını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib. Musavat.com xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlanıb, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib. Ölkələr arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunulub. Eyni zamanda, hökumətlərarası komissiyanın rolu…

Read More
Siyasət 

Prezident İlham Əliyev MÜHÜM FƏRMAN imzaladı

Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiqi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilib. Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib. Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Elektron Rəqabət İnformasiya Sisteminin aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və…

Read More
Siyasət 

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadə arasında görüş baş tutub. Musavat.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi “X” hesabında paylaşım edib. Görüş əsnasında iki ölkə arasında mövcud olan dərin tarixi-mədəni ortaqlıqlar və xalqlararası sarsılmaz bağlar məmnunluqla qeyd edilib. Tərəflər bütün istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə dair ortaq niyyətlərini yenidən ifadə edib. Musavat.com

Read More