Siyasət 

Ceyhun Bayramov: İtkin azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səyləri vacibdir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti ilə Miryana Spoljaric ilə görüşüb. Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Görüşdə Azərbaycan-BQXK əməkdaşlığı və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub. C.Bayramov itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirmək üçün BQXK-nın səylərinin vacibliyini qeyd edib.

Read More
Siyasət 

Nyu-Yorkda Azərbaycan və Estoniyanın XİN başçıları görüşüblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”dəki hesabında yazıb. “Biz Azərbaycan-Estoniya əlaqələrinin gücləndirilmiş siyasi dialoq, müntəzəm məsləhətləşmələr və yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə inkişafını müzakirə etdik. Mən həmkarıma Azərbaycanın regionumuzda davamlı sülh və sabitliyin təşviqi istiqamətində göstərdiyi səylər barədə də məlumat verdim”, – C.Bayramov qeyd edib.

Read More
Siyasət 

Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində “Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması və əzablarının azaldılması üzrə qlobal hərəkat” (Global Movement to Improve Survival and Reduce Suffering for Children with Cancer and Other Catastrophic Diseases) adlı xüsusi sessiya təşkil olunub. ARANTV.AZ  xəbər verir ki, Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Əvvəlcə birgə foto çəkdirildi. Tədbirin təşkilatçılarından olan Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və Ümumdünya Səhiyyə Təşkilatının…

Read More
Siyasət 

Prezidentlə xanımı rəsmi qəbulda – FOTOLAR

Sentyabrın 23-ü Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib: Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz. Prezident İlham Əliyev: Daha da çox. Prezident Donald Tramp: Bundan…

Read More
Siyasət 

Xarici invertorlar Azərbaycana can atır- Ölkə prezidentinin mühüm görüşləri

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfəri çərçivəsində onun şəxsinə olan münasibət və keçirdiyi görüşlər yeni – Zəfər erasında, müstəqil və suverenliyini tam bərpa etdikdən sonra ölkəmizə olan etimadın, inamın və güvənin daha da artmasının göstəricisidir”. Bu sözləri Musavat.com-a beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə deyib. Onun fikrincə, bu görüşlər Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq qurması yolunda atılan mühüm addımlar, ölkəmiz üçün qlobal miqyasda açılan yeni qapılar olaraq da xarakterizə oluna bilər: “Hələ 8 avqust Vaşinqton görüşü zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının…

Read More
Siyasət 

“Azərbaycan lideri Nyu-Yorkdakı ilk dəqiqələrindən dünya liderlərinin diqqət mərkəzindədir”

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri davam edir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanan Dövlət Başçısının bu gün gecə saatlarında tarixi çıxışı gözlənilir. Sessiya çərçivəsində ölkə başçısı çox mühüm görüşlər keçirməkdədir. Hər bir görüş də qarşı tərəflərin istəyi və cəhdi ilə baş tutur. Bu da Cənubi Qafqazın lider dövlətinin qalib rəhbərinə olan diqqətin bir daha göstəricisidir. Görünən odur ki, Azərbaycan Prezidentinin sessiya bitənə qədər iş qrafiki çox zəngin olacaq. Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında ölkə başçısının Amerikada olduğu iki gün ərzində hər kəsin qalib ölkənin…

Read More
Siyasət 

İlham Əliyev və Ərdoğan Ermənistana gedir – “Əgər bu səfər gerçəkləşərsə…”

Azərbaycan və Türkiyə prezidentlərinin gələn il İrəvana səfər edəcəkləri barədə iddialar yayılıb. İki qardaş ölkənin rəhbərlərinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistanın paytaxtına gedəcəkləri bildirilir. Bu iddialar yayılan kimi ölkə və dünya mediasını zəbt etməyə başlayıb. Ekspertlər hesab edirlər ki, bu gedişlə İlham Əliyev və Ərdoğanı İrəvanda görmək olar. Arqument kimi də Azərbaycan-Ermənistan arasında ötən ay ABŞ paytaxtında imzalanan paraflanma sənədi və Türkiyə-Ermənistan arasındakı münasibətlərdə son aylarda “əriyən buzlar” göstərilir… Politoloq Züriyə Qarayeva yayılan iddialarla bağlı Musavat.com danışıb. O hesab edir ki, Azərbaycan və…

Read More
Siyasət 

Nyu-Yorkda 6-cı Xəzər Biznes Forumu keçirildi – FOTOLAR

Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib. ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti açılış nitqi ilə çıxış edərək son iki ayda Xəzər regionunda müşahidə olunan inkişafın diqqətəlayiq olduğunu deyib. O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir. Əfqan Niftinin sözlərinə görə, ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş…

Read More