Siyasət 

Hikmət Hacıyev: Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir

Orta Dəhliz üzrə 50 milyon tondan çox yük artımı gözlənilir. Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan əlavə investisiyalar yatırır. “Bakı Limanı ildə 25 milyon ton yükötürmə qabiliyyətinə malikdir və bu imkanların genişləndirilməsi istiqamətində də işlər aparılır”, – deyə Hikmət Hacıyev əlavə edib. O bildirib ki, 2020-ci ildən başlayaraq Bakıdan Zəngilan və Ermənistan sərhədinə qədər uzanan dəmir…

Read More
Siyasət 

Ceyhun Bayramov Avstriya xarici işlər naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynıl-Rayzinqer ilə görüş keçirib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər yüksək səviyyəli təmaslar və müntəzəm siyasi məsləhətləşmələr vasitəsilə ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib və bu məqsədlərə nail olmaqda Birgə Komissiyanın mühüm rolunu önə çəkiblər. Ceyhun Bayramov avstriyalı həmkarına münaqişədən sonrakı dövrdə regionda aparılan sülh…

Read More
Siyasət 

Ceyhun Bayramov İsveçrə xarici işlər naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kassis ilə görüş keçirib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb. Bildirilib ki, nazirlər Azərbaycan–İsveçrə əməkdaşlığının mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirərək siyasi dialoqun gücləndirilməsinin, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. “Onlar həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apararaq davamlı dialoq və tərəfdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər”, – XİN-in paylaşımında qeyd…

Read More
Siyasət 

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində olublar – FOTO

Sentyabrın 23-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-York şəhərində Müasir İncəsənət Muzeyində (“Museum of Modern Art-MoMA”) olublar. ARANTV.AZ  xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyevaya muzey haqqında məlumat verilib. Bildirilib ki, burada 1929-cu ildən bəri dünyanın ən dəyərli incəsənət əsərləri qorunaraq nümayiş etdirilir. Rokfeller ailəsinin dəstəyi ilə yaradılan muzey bu gün dünyanın ən mötəbər sənət məkanlarından biridir. Yalnız rəsm deyil, foto, heykəltaraşlıq, memarlıq layihələri, film, hətta elektron media əsərləri də muzeyin kolleksiyasında yer alır. Burada Pablo Pikasso, Vinsent Van Qoq, Endi Vorhol və…

Read More
Siyasət 

İlham Əliyev Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciət edib. ARANTV.AZ  xəbər verir ki, müraciətdə bildirilir: “Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur. Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa…

Read More
Siyasət 

Prezident: Azərbaycan TRIPP marşrutunun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. Musavat.com-un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna müraciətində deyilir. “İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının…

Read More
Siyasət 

Azərbaycan Prezidenti: Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik. Musavat.com-un məlumatına görə, bu fikirlər Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumuna müraciətində yer alıb. “İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə…

Read More
Siyasət 

Ərdoğan bu prosesə görə Trampa təşəkkür etdi – SON DƏQİQƏ

Avqustun 8-də Azərbaycanla Ermənistan arasında daimi sülhə gedən addımların atılmasından məmnunuq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək. (Report)

Read More
Siyasət 

Ərdoğan BMT tribunasından təşəkkür etdi: “Başqa dövlətləri də tezliklə qərar verməyə çağırıram”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasında çıxışı zamanı dünyada baş verən humanitar böhranlara diqqət çəkib. Musavat.com-un xəbərinə görə, Ərdoğan bildirib ki, BMT-nin əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq olsa da, bu missiya bir çox regionlarda ciddi şəkildə pozulur. Prezidentin sözlərinə görə, xüsusilə Qəzza bölgəsində 700 gündən artıqdır ki, baş verənlər ciddi narahatlıq doğurur: “Biz burada iclasdayıq, eyni zamanda Qəzzada mülki insanlar öldürülür. Ölü sayı 65 min nəfəri keçib, onların 20 mindən çoxu uşaqdır. Hər saat bir uşaq həyatını itirir. Bunlar sadəcə rəqəmlər deyil, hər biri bir…

Read More