Siyasət 

İlham Əliyev qanun imzaladı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun imzalanıb. Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq qanunu təsdiqləyib.

Read More
Siyasət 

Prezidentlə xanımı sərgilərlə tanış oldu – FOTOLAR

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Read More
Siyasət 

Azərbaycan – İtaliya: Strateji tərəfdaşlığın sarsılmaz modeliFOTO

Azərbaycanın Avropa ilə çoxşaxəli diplomatik və iqtisadi münasibətləri fonunda İtaliya ilə qurulan əlaqələr strateji əhəmiyyətinə görə fərqlənir. Bu gün tam əminliklə demək olar ki, Bakı ilə Roma arasındakı siyasi əlaqələr qarşılıqlı etimadın ən yüksək mərhələsinə yüksələrək özünün tarixi zirvəsini yaşayır. Bu tərəfdaşlıq artıq lokal çərçivələri aşaraq, sadəcə iki dövlətin milli maraqlarını deyil, həm də Cənubi Qafqazdan Aralıq dənizi hövzəsinə qədər uzanan geniş bir coğrafiyanın enerji xəritəsini və təhlükəsizlik arxitekturasını köklü şəkildə formalaşdıran əsas amildir. İki ölkə arasındakı bu sarsılmaz bağ Avrasiya məkanında həm iqtisadi inteqrasiyanın, həm də siyasi sabitliyin həlledici…

Read More
Siyasət 

Kallas Azərbaycana gəldi

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir. Musavat.com xəbər verir ki, Kallas səfəri ilə bağlı müraciət ünvanlayıb: “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq. Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin…

Read More
Siyasət 

İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Musavat.com xəbər verir ki, söhbət zamanı dövlət başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edin. Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək iki ölkə arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada…

Read More
Siyasət 

İtaliya ilə strateji tərəfdaşlıq yeni mərhələdə – VACİB DETALLAR

“İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri Bakı-Roma əməkdaşlığının yeni mərhələyə keçdiyini nümayiş etdirdi. İlham Əliyevlə Meloni arasında keçirilən görüşlər göstərdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir”. Bu fikirləri Musavat.com-a şərhində Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Deputat qeyd edib ki, xüsusilə diqqət çəkən məqam Meloninin Ermənistana səfərindən dərhal sonra Azərbaycana gəlməsidir: “Bu addım Bakı ilə münasibətlərə verilən önəmin göstəricisi kimi qiymətləndirilir və bunu regionda balanslı yanaşma hesab etmək olar. Eyni zamanda tərəflər siyasi əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəldilər. Cənab Prezidentin də söylədiyi kimi, “bizim ölkələrimiz strateji…

Read More
Siyasət 

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi – VİDEO

İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda İtaliya Baş naziri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək məqsədilə Bakıya səfər etdiyini bildirib. “Bu tərəfdaşlıq İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyır. Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat və logistika bağlantıları, investisiyalar və siyasi dialoq sahələrində artıq çox önəmli olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik. Qlobal səviyyədə mürəkkəb proseslərin getdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”, – o…

Read More
Siyasət 

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan “Avropa Siyasi Birliyi”nin (ASB) İrəvanda keçirilən sammitində videobağlantı formatında iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Musavat.com Report-a istinadla xəbər verir ki, o, bunu sammitdən sonra mətbuata yekun bəyanatında bildirib. Paşinyan həmçinin sammitdə iştirak etmək üçün Ermənistana səfər etmiş Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza da təşəkkür edib. “Bu gün bütün qitədən və onun hüdudlarından kənarda liderləri bir araya gətirən forum uğurla başa çatdı. Fürsətdən istifadə edərək sammitin təşkilində sıx əməkdaşlığa və tərəfdaşlığa görə Avropa İttifaqına səmimi minnətdarlığımı ifadə etmək istərdim… Mən həmçinin onlayn formatda iştirakına…

Read More