Siyasət 

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib. “Report” xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər. Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir. Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin…

Read More
Siyasət 

Bakının son şərti referendumsuz reallaşa bilər

Paşinyan Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılmasını parlamentdə həll edə bilərmi? – rəy  Rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti məlum: qonşu ölkənin konstitusiyasındakı (preambula hissəsi) Azərbaycana ərazi iddiası olan müddəanın çıxarılması. Ermənistan rəhbərliyi bunu nə qədər tez həyata keçirsə, bir o qədər sənəd tez imzalanacaq.  Nikol Paşinyan hökuməti isə 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu prosesinə başlamaq niyyətindədir. Bu barədə hakim “Mülki müqavilə” partiyasının ötən həftəsonu İrəvanda keçirilən VII qurultayında bildirilib.  Lakin bəzi politoloqlara görə, Bakının son şərtinin referendumsuz reallaşması da mümkündür, çünki…

Read More
Siyasət 

Trampın adamından qorxunc xəbərdarlıq – Azərbaycana təhlükə?

Kelloq Putinin Rusiya imperiyasını bərpa etmək istədiyini açıqladı – onu dayandırmağın tək yolu…  “Putin və Rusiyaya eksponsionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”. Bu fikri ötən həftəsonu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq söyləyib.  “Bu, mənə II Dünya müharibəsini xatırladır. Hitler 1938-ci ildə Münhendə çıxışında ona yalnız Sudetin lazım olduğunu demişdi. Sonra isə Reyn vilayəti, daha sonra Polşa və biz II Dünya müharibəsində özümüzü gördük. Tarix təkrarlanmır, lakin o, ritmlənir. Məhz bu, Ukraynada baş verir. Elə indicə bunu dayandırmalıyıq”, – deyə Kelloq bildirib. …

Read More
Siyasət 

Ceyhun Bayramov efiopiyalı həmkarı ilə yeni əməkdaşlıq mexanizmlərini müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Efiopiyanın xarici işlər naziri Hadera Abera Admassu ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Efiopiyanın Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Hər iki tərəf əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib və regional vəziyyətlə bağlı fikir mübadiləsi…

Read More
Siyasət 

“Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub” – İlham Əliyev

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub. ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb. “Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan…

Read More
Siyasət 

Prezident İlham Əliyev TARİXİ ADDIMI atdı: 4 mühüm istiqamət özündə nələri birləşdirir?

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı Rövşən Məmmədov, Prezident İlham Əliyevin 4 mühüm istiqaməti özündə birləşdirən tarixi addımını belə şərh edib: “Prezident İlham Əliyevin artıq yeni dövr üçün müəyyən etdiyi strateji fəaliyyət proqramının mühüm tərkib hissəsidir. Dövlət başçısının qələbədən keçən bu 5 ildə atdığı prinsipial addımlar, gördüyü işlər onu deməyə əsas verir ki, yeni dövrün prioritet vəzifələri 4 mühüm istiqaməti özündə birləşdirir. 1. Qarabağın ən qısa zamanda yenidən, faktiki sıfırdan qurulması… Özü də bu quruculuq yalnız tikinti – bərpa baxımından da deyil, iqtisadi baxımdan da həm ölkə, həm…

Read More
Siyasət 

Azərbaycan və Belarus hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etdi

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev belaruslu həmkarı general-mayor Pavel Muraveyko ilə görüşüb. Bu barədə Musavat.com Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. “Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin intensivləşdirilməsi yolları müəyyənləşdirilib”, – məlumatda bildirilib. Qeyd edək ki, K.Vəliyev hazırda Belarusda səfərdədir.

Read More
Siyasət 

İlham Əliyev Malta prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Debonoya məktub ünvanlayıb. ARANTV.AZ  xəbər verir ki, məktubda qeyd edilib: “Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan ilə Malta arasında dostluq münasibətlərinin inkişafı, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Read More