Prezidentin telekanallara müsahibəsinin – VİDEOSU
Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib. “İki sahil” müsahibənin videosunu təqdim edir:
Read MoreAzərbaycan Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib. “İki sahil” müsahibənin videosunu təqdim edir:
Read MoreTəəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. “İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qaldığını deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı. İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqların bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və…
Read MoreXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib.Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi bu gün yayımlanacaq. Musavat.com həmin müsahibənin anonsunu təqdim edir:
Read More“Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur. Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir”. Musavat.com verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, iqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur: “Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir,…
Read MoreOman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir. “İki sahil” xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb. Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb. Görüşdə Azərbaycan ilə Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, xüsusilə turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Leyla Əliyeva bu…
Read MoreAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib. Musavat.com xəbər verir ki, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir. Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər. Qonaqlar ötən ilin avqustunda Azərbaycanla…
Read MoreAzərbaycan Prezidenti İlham Əliyev regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bunu yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən deyib. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.
Read MorePrezident İlham Əliyev Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”na düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlətimizin başçısı “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Read MoreAzərbaycan Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib, iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub Musavat.com xəbər verir ki, qəbul zamanı siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Read More“Prezident İlham Əliyevin Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi “hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir” fikri sözügedən istiqamətdə Azərbaycan dövlətinin sistemli, ardıcıl mövqeyini ifadə edir. Bu bəyanat Azərbaycan dövlətinin milli kimlik məsələsinə yanaşmasının hüquqi və siyasi çərçivəsini də açıq şəkildə ortaya qoyur”. Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. Millət vəkilinin sözlərinə əsasən, dövlət başçısının bu mövzuda çıxışlarının ardıcıllığı göstərir ki, bu mövqe hadisələrə situativ reaksiyadan irəli gəlmir: “Prezident İlham Əliyev əvvəlki illərdə də, xüsusilə Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında etnik mənsubiyyətə görə təzyiq, ayrı-seçkilik və…
Read More