Siyasət 

İlham Əliyev: Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib

Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib. “Biz Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladıq və bununla da ticarət münasibətlərinin əsasını qoyduq. İndiyədək Ermənistana 12 min ton neft məhsulları ixrac etmişik”, – İ.Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycan həmçinin öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib.

Read More
Siyasət 

İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə qoşulacaq. Publika.az xəbər verir ki, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan Prezidenti “Avropa Siyasi Birliyi”nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı. Xatırladaq ki, 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin sammiti Azərbaycanda keçiriləcək.

Read More
Siyasət 

Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək

Ermənistan Xarici İşlər Nazirliyinin 5-6 may tarixlərində keçiriləcək illik İrəvan Dialoqu Diplomatiya Forumunda Azərbaycan və Türkiyədən nümayəndələr də iştirak edəcəklər. Publika.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb. Bildririlib ki, müzakirələrdə həmçinin vətəndaş cəmiyyətinin qarşılıqlı səfərləri çərçivəsində artıq İrəvanda olmuş Topçubaşov Mərkəzinin rəhbəri Rusif Hüseynov da iştirak edəcək: “Digər Türkiyə və Azərbaycan ekspertləri də İrəvan forumunda iştirak edəcəklərini təsdiqləyiblər”. İrəvan Forumunda Ankaranın Ermənistan-Türkiyə nizamlama prosesi üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç da iştirak edəcək. Kılıç erməni həmkarı Ruben Rubinyanla Cənubi Qafqazda sülh mövzusunda panel müzakirəsinə qatılacaq. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının…

Read More
Siyasət 

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu İZLƏDİ – FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri, Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva mayın 3-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa kubokunu izləyiblər. Musavat.com xəbər verir ki, Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda idmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərirlər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.

Read More
Siyasət 

Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskini Konstitusiya Günü münasibətilə təbrik edib. Musavat.com xəbər verir ki, təbrikdə deyilir: “3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan…

Read More
Siyasət 

Hikmət Hacıyev Şuşada hərbi attaşelərlə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb. “İki sahil” xəbər verir ki, o, bu paylaşımı “X” hesabında edib. “Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşada. Arxa planda – hazırda tikintisi davam edən Şuşa Məscidi”, – H.Hacıyev yazıb.

Read More
Siyasət 

Azərbaycan regionda ərazi bütövlüyünü bərpa etmiş yeganə ölkədir – Moldova səfiri

Azərbaycan postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü öz gücü ilə bərpa etməyi bacarmış yeganə ölkədir. “İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib. “Təəssüf ki, Moldova hələ də ərazi suverenliyinin bərpası mərhələsindədir. SSRİ-nin dağılmasından sonra həm Azərbaycanın, həm də Moldovanın ərazi münaqişələri ilə bağlı eyni problemi var idi”, – o bildirib. A.Esaulenko həmçinin onilliklər boyu davam edən işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur üzərində nəzarətin tam qaytarılması münasibətilə Azərbaycanı təbrik edib: “Mən, əlbəttə ki, Azərbaycanı təbrik etmək istəyirəm, çünki bu, postsovet məkanında öz ərazilərini öz…

Read More