Hadisə 

Novruz bayramına hazırlıq baha başa gəldi: Evləri yanıb kül oldu

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb. Hadisə rayonun Sabirabad kəndində, Rəşid Səfərova məxsus evdə qeydə alınıb. Belə ki, ümumi sahəsi 220 kvadratmetr (hər mərtəbəsi 110 kvadratmetr) olan ikimərtəbəli 10 otaqlı evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb. İlkin məlumata görə, yanğın Novruz bayramı ilə əlaqədar olaraq şirniyyatın bişirildiyi elektrik sobasında başlayıb. Sobanın uzun müddət qoşulu qalması yanğına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb./Report

Read More
Hadisə 

Azərbaycanda daha bir estetik əməliyyat qurbanı – 34 yaşlı qadın öldü

Fevralın 27-də paytaxtda yerləşən özəl klinikalardan birində liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın bu gün ölüb. Milli.Az xəbər verir ki, hadisə Sumqayıtda baş verib. 18-ci məhəllə sakini 1991-ci il təvəllüdlü Mirzəyevə Pərvanə Afiəddin qızının halı pisləşərək öz evində ölüb. Mərhumun ailəsinin iddiasına görə, P. Mirzəyeva əməliyyat səbəbindən dünyasını dəyişib. Fakt araşdırılır.

Read More
Hadisə 

Cəlilabad “morq”una gətirilən meyit “dirildi”

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin səhhəti ilə bağlı TƏBİB açıqlama verib. “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 12:00 radələrində 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs mexaniki asfiksiya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir. *** Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə bu gün rayonun Tahirli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin…

Read More
Hadisə 

Lənkəranda direktor şagirdi DÖYÜB?

Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib. Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib. Həmin tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin…

Read More
Hadisə 

Qərargah rəisi intihar etdi – FOTO

Bu gün səhər saatlarında Ağdaş rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Mülki müdafiə qərargahının rəisi 1987-ci il təvəllüdlü Anar Kərimzadə özünü asaraq intihar edib. Onun meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.//Qafqazinfo

Read More
Hadisə 

Şəmkirdə 2 nəfər ZƏHƏRLƏNDİ

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun İrmaşlı kəndində baş verib. Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.//APA

Read More
Hadisə 

Bakıda məktəbli öldü – FOTO

Bir neçə gün əvvəl səhhəti ilə əlaqədar yaşadığı Gəncə şəhərindən Bakıya gətirilən və xəstəxanaya yerləşdirilən məktəbli vəfat edib. Kəlbəcər rayon 22 saylı məktəbin şagirdi 12 yaşlı İzzət S. tibbi yardıma baxmayaraq dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Vəfat edən məktəblinin fotolarını təqdim edirik: /Teleqraf

Read More
Hadisə 

TƏBİB-in əməkdaşı qəzada öldü – Yenilənib

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib. Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib. Məlumata görə, S.Abdullazadə avtomobil qəzası nəticəsində ötən gün dünyasını dəyişib. *** Sosial şəbəkələrdə yayılan məlumata görə, Sevil Abdulla qızı Abdullazadə Ağstafa rayon Dağ Kəsəmən kənd sakini olub. O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Təhsilini magistratura pilləsinin son kursunda davam etdirirmiş. Atası Abdulla Abdullayev Ağstafanın tanınan musiqiçilərindəndir.

Read More
Hadisə 

Azərbaycanda dərs vaxtı şagirdi QAÇIRDILAR

“Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərə cavab olaraq bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edib, sonrakı dərslərdə iştirak etməyib”. Oxu.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb. Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. *** Goranboyda məktəbli qaçırılıb. Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb. İlkin məlumata görə, məktəbli…

Read More