Hadisə 

TƏBİB-in əməkdaşı qəzada öldü – Yenilənib

TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi Sevil Abdullazadə vəfat edib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.

Məlumata görə, S.Abdullazadə avtomobil qəzası nəticəsində ötən gün dünyasını dəyişib.

***

Sosial şəbəkələrdə yayılan məlumata görə, Sevil Abdulla qızı Abdullazadə Ağstafa rayon Dağ Kəsəmən kənd sakini olub.

O, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Təhsilini magistratura pilləsinin son kursunda davam etdirirmiş. Atası Abdulla Abdullayev Ağstafanın tanınan musiqiçilərindəndir.

TƏBİB-in əməkdaşı qəzada öldü - Yenilənib

Daha çox xəbərlər