Hadisə 

Şəmkirdəki partlayışa görə ustaya bu cəza verildi – 58 minlik ziyan ödənilməlidirFOTO

Şəmkir rayonunun Çaparlı kəndində 2 mərtəbəli fərdi yaşayış evində baş verən partlayışa görə usta məsuliyyətə cəlb edilib. Buna səbəb partlayış baş verən evdə günlər əvvəl qaz sızmasının müəyyən edilməməsi olub. Əraziyə baxışa gəlsələr də, heç bir tədbir görməyiblər. Musavat.com-un xəbərinə görə, Murad Mərdanova məxsus evdə baş verən partlayışda ailənin 3 üzvü – 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985-ci il təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb. Faktla bağlı cinayət işi açıldıqdan sonra “Azəriqaz” İctimai Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Şəmkir rayonu üzrə Qəza-dispetçer xidmətinin ustası Sadıq…

Read More
Hadisə 

Mərdəkanda partlayış – xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Musavat.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri…

Read More
Hadisə 

Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü

Bərdədə qadın dərmandan zəhərlənərək ölüb. Hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Hüseynova Yeganə Araz qızı yanvarın 22-də çoxsaylı təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq qadın yanvarın 24-də müalicə aldığı Bərdə rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində ölüb. Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən “Təzə bazar” adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Lent.az

Read More
Hadisə 

Türkiyədə ağır zəncirvari qəza olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində zənzirvari qəza olub. “Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Esenler rayonunda qeydə alınıb. Bildirilib ki, motosiklet, mikroavtobus və üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.

Read More
Hadisə 

Salyanda yük maşınının çəni partlayıb, ata və oğul yanıq xəsarətləri alıb

Salyanda yük avtomobilinin çəni partlayıb, xəsarət alanlar var. Hadisə rayonun Şorsulu kəndində qeydə alınıb. İlkin məlumata görə,“TIR”da qaynaq işləri aparılarkən ehtiyatsızlıqdan yük maşınının çəni partlayıb. Hadisə nəticəsində rayonun Şorsulu kənd sakinləri, 1983-cü il təvəllüdlü Əliyev Paşa Cabbar oğlu və onun oğlu 2009-cu il təvəllüdlü Əlizadə Qismət Paşa oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yanıq xəsarətləri alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada ilkin tibbi yardım alan Q.Əlizadə Bakı xəstəxanalarından birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. “Report”

Read More
Hadisə 

Azərbaycanda iki övladını itirən qadın İNTİHAR ETDİ

Bərdədə qadın intihar edib. ARANTV.AZ APA-ya istinadla xəbər verir ki, hadisə dünən rayonun Uğurbəyli kəndində baş verib. Belə ki, Ayna Həsənova yaşadığı evin həyətində taxta nərdivandan özünü asaraq intihar edib. Ailə üzvlərinin məlumatına görə, Anya Həsənova bir neçə il ərzində iki övladının rəhmətə getməsi səbəbindən mütəmadi olaraq yaşamaq istəmədiyini bildirib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Şəmkirdə FACİƏ: 5 ölü var – ADLAR

Məlumata görə, “VAZ 2106” markalı maşının sürücüsü X.Əliyev, onun sərnişini 1997-ci il təvəllüdlü R.Allahverdiyev, “NİVA”nın sürücüsü Z.Cabbarov, sərnişini 1972-ci il təvəllüdlü E.Xudaverdiyev və daha bir nəfər 35-40 yaşlı kişi hadisə yerində ölüb. 1996-cı il təvəllülü E.Orucov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. ——- Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası olub. Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Niva” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər ölüb.

Read More
Hadisə 

“Ağ şəhər”də qəribə QƏZA

“Ağ şəhər”də qəribə nəqliyyat hadisəsi baş verib. Sosial şəbəkədə yayılan fotoda yeni lüks avtomobili evakuator üzərində ünvana çatdırmağa çalışan sürücü yolda hündürlük manesini aşa bilməyib. Tələb olunan 2.5 m hündürlüyə əməl etməyən evakuator sürücüsü maşını dəmir maneəyə çırpıb. Sözügedən qəza geniş müzakirələr yaradıb./Milli.az/

Read More