ANAMA əməkdaşı dünyasını dəyişdi
ANAMA əməkdaşı Elnur Rüstəmov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi məlumat yayıb. Bildirilib ki, o, yol qəzasında həlak olub.
Read MoreANAMA əməkdaşı Elnur Rüstəmov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi məlumat yayıb. Bildirilib ki, o, yol qəzasında həlak olub.
Read MoreUcarda yol qəzası olub, xəsarət alan var. Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Şahlıq kəndindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Fakt araşdırılır.
Read MoreFövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib. FHN-dən Publika.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Qeyd edək ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.
Read MoreDövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 51 kiloqram 560 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. “İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 22-də 41 kiloqram 280 qram, martın 25-də isə 10 kiloqram 280 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Read MoreAzərbaycanda martın 28-də cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Həmçinin axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Read MorePolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata görə, ötən polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron da aşkarlayıblar. Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Read MorePaytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb. Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1975-ci il təvəllüdlü Cabbarzadə Sərvər Süleyman oğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Read MoreKəlbəcər rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub. Məlumata görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat ediblər. Qeyd edək ki, sürücü Göyçay sakini, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar. *** Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda fakt araşdırılır və yol qəzasında dünyasını dəyişənlərin kimliyi dəqiqləşdirilir.//Report
Read MoreYağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.
Read MoreQuba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib. Musavat.com APA-ya istinadla xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb. Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.
Read More