Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Həmişə işıqlıqda!

By Vüsal Rafiqoğlu
16.05.2026 2 Min Read

… Gecənin zülmət köynəyi süzülür, qaranlığın bağrı sökülür. Dan yerinə yavaş-yavaş xal düşür. Zöhrə ulduzu səmadan çəkilib gedir. Üfüqdə al-əlvan naxışlar gözə dəyir, göyün üzündə işıq qığılcımları görünür. Çox keçməyəcək ki, üfüqdən Günəş boylanacaq, dünya işığa, nura boyanacaq…

İşıq dünyanın ən vacib nemətlərindən biridir. Həyatı onsuz təsəvvür etmək mümkündürmü? Günəş işığı, Ay işığı, ulduz işığı, şimşək işığı, qar işığı, ocaq işığı, şam işığı, lampa işığı… Əbəs yerə deyil ki, həmişə işığa, işıqlığa doğru can atmışıq. İşığa məhəbbət dünyaya göz açdığımız vaxtdan başlayıb. Ana bətnində yatdığımız qaranlıq dünyadan sonra işıqlı dünyaya can atmışıq. Nağıllarda “it hürənə yox, işıq gələnə” üz tutub Divlə üzləşsək belə… İşıq həyatdır, işıq sabahdır, gələcəkdir. Harda işıq varsa, orda həyat var, ümid var…

İşıq həmişə özünə çəkir – lap tunelin o başında olsa belə…

2017-ci ilin noyabrında UNESCO mayın 16-nı Beynəlxalq İşıq Günü təsis edib. Həmin gün qeyd edilməsi elm, mədəniyyət və incəsənətdə, təhsil və davamlı inkişafda, eləcə də tibb, rabitə və enerji kimi müxtəlif sahələrdə işığın rolunu nəzərə çatdırır.

İşıq həyatın özüdür və insan fəaliyyətində əsas rol oynayır. İşığın öyrənilməsi perspektivli alternativ enerji mənbələrinə, xəstəliklərin diaqnostikası və müalicəsi texnologiyalarında əhəmiyyətli tibbi irəliləyişlərə, yüksəksürətli internetin yaradılmasına, cəmiyyətdə inqilaba və kainat haqqında anlayışı formalaşdıran bir çox başqa kəşflərə gətirib çıxarıb. XX əsrin əvvəllərində işığın xassələri ilə bağlı əsrlər boyu aparılan fundamental tədqiqatlar yeni texnologiyaların yaranması ilə nəticələnib.

İşığa hər yerdə ehtiyac var, o cümlədən kiçik dövlət hesab olunan ailədə də. Şair qəlbindən qopan misralar necə də gözəl səslənir:

Evə qayıdanda hər axşam çağı,
Elə ki, görürəm çırağım yanır.
Bilirəm evdədir evin işığı
Qəlbim də, ruhum da nura boyanır.
İşıq gəlməyəndə pəncərələrdən
Qəlbimdə parlayan işıq da sönür.
Evə yaxınlaşmaq istəmirəm mən
Hər tərəf gözümdə zülmətə dönür.

Onu hər yerdə axtarırıq – sübh tezdən dan yerində, dünyamıza nur ələyən Günəşdə, zülmətdə şaqqıldayan ildırımın çaxmasında, kəhkəşana uzanan süd yolunda, qaranlıq komada lampanın yanmağında… Çox vaxt insanın üzündə, çöhrəsində, əməlində də işıq axtarırıq. İşıqlı insanlar dünyanı işıqlı gələcəyə aparır. Ondan ötəri gərək insanın ürəyində də işıq olsun…

Çinlilərin bir sözü var: Qaranlığı söyməkdənsə özün bir şam yandır! Bu gün Beynəlxalq İşıq Günündə ən gözəl diləklər də işıqla bağlıdır: Yolunuz işıqlı olsun! İşığınız gur yansın! Evinizdən, ömrünüzdən, üzünüzdən işıq əskik olmasın!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mayın ortasında görünməmiş hava dalğası: Hər kəs xəbərdar olsun

Next

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv