İradə Musayeva vəfat etdi
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib. Bu barədə APA-ya mərhum alimin qardaşı məlumat verib. O bildirib ki, İ.Musayeva bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Read MoreƏdəbiyyatşünas İradə Musayeva vəfat edib. Bu barədə APA-ya mərhum alimin qardaşı məlumat verib. O bildirib ki, İ.Musayeva bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Read MoreUcarda məktəbli sinif yoldaşına xəsarət yetirib. Hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb. Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib. /APA
Read MoreFövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.
Read MoreQobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Read MoreXəbər verdiyimiz kimi, Laçın rayonunun Pircahan kəndi ərazisində ağır yol qəzası baş verib. “Howo” markalı yük avtomobilinin aşması nəticəsində sürücü Aslan Nağızadə ölüb. (unikal) Qəzaya uğrayan nəqliyyat vasitəsinin görüntüsünü təqdim edirik:
Read MoreRusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır. Qeyd edək ki,…
Read MorePartiya sədri: “Növbəti mərhələdə başqa detallar da üzə çıxacaq” Politoloq: “Diqqəti qəzanın baş vermə səbəbindən yayındırmağa çalışırlar” Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabat”ı dərc edib. Hesabat nazirliyin rəsmi saytında yerləşdirilib. Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutular”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb. “İstintaq komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşiklər və…
Read MoreMingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb. Hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Read MoreAğstafada üç nəfər dəm qazından zəhərlənib. Hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib. Onların hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. /Unikal
Read MoreBakıda ağır yol qəzası olub. “Report” xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb. “Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.
Read More