Hadisə 

Ağdaşda saxlanılan sərxoş sürücü maşını yandırmaq istədi – VİDEO

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində rayon sakini Vahid Xaspoladov idarə etdiyi “VAZ” markalı avtomobillə qayda pozuntusuna yol verdiyi üçün YPX Alayının 8-ci taqımının əməkdaşları tərəfindən saxlanılıb. Baş Dövlət Yol Polisi İdarəsindən Musavat.com-a verilən xəbərə görə, araşdırma zamanı həmin şəxsin avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib. Lakin, V.Xaspoladov məsuliyyətdən yayınmaq məqsədilə polisə tabesizlik göstərib, avtomobilini yandıracağı hədəsiylə süni gərginlik yaratmağa calışıb. Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən V.Xaspoladov məhkəmənin qərarı ilə…

Read More
Hadisə 

Sumqayıtda dəhşətli yol qəzası: ayağı, qolu qopdu, 2 ölən var… – FOTO, VİDEO 18+

Musavat.com-un əldə etdiyi məlumata görə, az öncə Sumqayıtda ağır yol qəzası qeydə alınıb.  Hadisə yerində olan müxbirimizin verdiyi ilkin məlumatlara əsasən, qəzanın təsirindən bir neçə nəfər ciddi xəsarət alıb.  Zərərçəkənlərin bəzilərinin ayaq və qol nahiyələrinin qopduğu bildirilir. 2 nəfər ölüb, ölənlərdən biri piyada, biri sürücüdür. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxsnasına 4 yaralı gətirilib. Onlardan biri ağır yaralıdır, o, reanimasiyaya yerləşdirilib, 3 nəfərin zədəsi isə yüngüldür. Ağır vəziyyətdə olan yaralı Elşad Məmmədovdur. Müxbirimiz hadisə yerindən çəkilən fotolarda dəhşətli mənzərələrin əks olunduğunu qeyd edir. Hazırda hadisə yerinə tibbi yardım və xilasedici qruplar cəlb edilib.…

Read More
Hadisə 

Masallı sakinindən 6 kq narkotik vasitə götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Masallı sakini saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ – FOTOlar

Dünən axşam saatlarında Xətai rayonunda intihar hadisəsi baş verib. Hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb. Əldə etdiyimiz məlumata görə, vəfat edən gənc “Azəriqaz” İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur. Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. (Qafqazinfo)

Read More
Hadisə 

Yevlaxda oğurluq və narkotiklərlə əlaqəli cinayətlər törədən iki nəfər saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ruslan Hüseynovdan 3 kiloqrama yaxın marixuana aşkarlanıb. Yevlaxda polisin keçirdiyi növbəti əməliyayt zamanı rayon ərazisində 210 metr uzunluğunda rabitə kabelini oğurlayan əvvəllər məhkum olunmuş Mahmud Nadirov da saxlanılıb. Hər iki faktla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Read More