Hadisə 

Kürdəmirdə ağır qəza – ölən və xəsarət alan var

Kürdəmirdə yol- nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var. Hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib. “VAZ-2107” markalı maşınla “Chevrolet” markalı maşın toqquşub. Nəticədə Kürdəmir rayon sakini, 1972 -ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Oğlu, 2004-ci il təvəllüdlü Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./APA

Read More
Hadisə 

Gəncədə YANĞIN – Xəsarət alan var

Gəncədə sexdə yanğın baş verib, xəsarət alan var. Məlumata görə, hadisə Mirzə Şəfi Vazeh küçəsi, 61 ünvanında yerləşən sexlərin birində qeydə alınıb. Yanğin zamanı xəsarət alanın olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır. Yanğının səbəbləri araşdırılır.//Report

Read More
Hadisə 

“Vasmoy” bazarında ÖLÜM

Bakıda bazarda ölüm hadisəsi olub. Hadisə Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarında qeydə alınıb. Buraya alış-verişə gələn 65 yaşlı Əliyeva Nazilə Bərxudar qızı qəfil dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü ehtimal edilir. Araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Doqquz tiktoker həbs olundu – ADLAR

Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub. Bunlar Elvin Füzuli oğlu Abdullazadə, Məhərrəm İlqar oğlu Həsənov, Zahid Şəmsəddin oğlu Alısoy, Alim Rasim oğlu Qasımzadə, Ceyhun Şakir oğlu Nəbiyev, Murad Bəxtiyar oğlu Məmmədov, Günay Ağməmməd qızı Əliyeva, Hakan Adəm oğlu Husifov, Quanna Zahir qızı Quliyevadır. Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.//Qafqazinfo

Read More
Hadisə 

Bakıda burun əməliyyatı faciəyə çevrildiVİDEO

30 yaşlı qadın burun çəpərinin aradan qaldırılması üçün əməliyyat etdirib. Lakin çirk beyninə yayılıb. Zərərçəkən Nəzrin Mansurovanın ailəsinin iddiasına görə, bu, əməliyyatdan sonra baş verib. “Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”, – zərərçəkənin atası Aydın Abışzadə Baku TV-yə açıqlamasında deyib.…

Read More
Hadisə 

Şirvanda 9-cu sinif şagirdi vəfat edib

Şirvan şəhərində 9-cu sinif şagirdi vəfat edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Şirvan şəhər M.B.İsrailov adına təbiət və humanitar fənnlər təmayüllü məktəb-lisey məlumat yayıb. Bildirilib ki, məktəbin 9-cu sinif şagirdi Məmmədova Türkan Samit qızı yanvarın 8-də uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Read More
Hadisə 

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən Var

Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb. “Mitsubishi” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib. Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub. DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumatı təsdiqləyiblər. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb./APA

Read More