Hadisə 

İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı

İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib. Musavat.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün “saxla” işarəsi verilib. Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. O, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən…

Read More
Hadisə 

Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib   Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “VAZ” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb. E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Read More
Hadisə 

Bakıda gecə saatlarında insident törədən idmançılar SAXLANILDI

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən – Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Cəlilabadda iki avtomobil toqquşdu – xəsarət alanlar var

Cəlilabad rayonunda iki avtomobil toqquşub. Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonuna daxil olan hissəsində qeydə alınıb. Belə ki, qadın sürücünün idarə etdiyi “Honda” markalı minik avtomobili ilə “Shevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər – 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyeva, 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 1980-ci il təvəllüdlü Seyfəddin Nəbiyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./report.az

Read More
Hadisə 

Bakıda avtomobil partlayıb, sürücü xəsarət alıb

Bakının Nizami rayonu, Babək prospektində avtomobildə partlayış olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Musavat.com-a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq, “CHEVROLET COBALT” markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.

Read More
Hadisə 

Bakıda ana 3 övladı ilə birgə YOXA ÇIXDI

Bakıda ana və 3 övladı itkin düşüb. Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan 34 yaşlı Quliyeva Mənzər Hümbət qızı övladları – 11 yaşlı Tuqay, 8 yaşlı Rəcəb və 7 yaşlı Sadiqlə birgə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə qadının atası polisə müraciətində bildirib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Azərbaycanda ağır qəza, sərnişin avtobusu aşdı – yaralılar var – FOTOLAR

Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb. Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar./”unikal”

Read More