Hadisə 

Azər Qasımlı HƏBS EDİLDİ

Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib. “Report”un məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, dörd ay müddətə həbs olunub. Qeyd edək ki, Azər Qasımlı dekabrın 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Read More
Hadisə 

ANAMA əməkdaşları qəzaya düşdü – YARALILAR VAR

Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb. Bu barədə Musavat.com-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüddlü Bəylərzadə Ramiz və 1990-cı il təvəllüdlü Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: “İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib”. TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü şəxsə sol bud…

Read More
Hadisə 

Azərbaycanda AĞIR QƏZA – Ölən var

Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Mehdiyev Bəbir Şirin oğlu aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı daha 3 nəfər-2014 ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, 1987-ci il təvəllüdlü Elmin Ənvər oğlu Nağıyev və 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Read More
Hadisə 

Partlayışda ölən ata və oğlunun FOTOSU

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 19 saylı binada partlayış baş verib. Metbuat.az-ın məlumatına görə, aldığı xəsarətlərdən sonra xəstəxanada dünyasını dəyişən ata və oğulun – Ramin və Ayxan Əliyevlərin fotosu yayılıb. Qeyd edək ki, 1977-ci il təvəllüdlü Ramin Əliyev dekabrın 7-də, 2007-ci il təvəllüdlü oğlu Ayxan Əliyev isə dekabrın 9-da gecə saatlarında dünyasını dəyişib.

Read More
Hadisə 

Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri ölüb

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib. “Report”un yerli bürosu məlumat verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb. Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb. A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir. Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Read More
Hadisə 

Vətən müharibəsi iştirakçısı vəfat etdi – FOTO

Vətən müharibəsi iştirakçısı, Azərbaycan Ordusunun baş giziri Əsədov Heydər Məmmədağa oğlu vəfat edib. ARANTV.AZ  “Qafqazinfo”ya istinadla xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən H.Əsədov sakini olduğu Biləsuvar rayonunda dünyasını dəyişib. O, hərbi tibb kollecində təhsil alıb. Bir çox hərbi hissələrdə tibb məntəqəsində çalışıb. Tovuz, Aprel döyüşlərinin də iştirakçısı olan Heydər Əsədov Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə çoxsaylı medallarla təltif olunub. Qeyd edək ki, 46 yaşlı H.Əsədov 25 illik vətənə xidmətini yenicə başa vurmuşdu. Ailəli idi, 3 qız övladı vətənə əmanət qaldı.

Read More
Hadisə 

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan…

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Ramin Əliyev ölüb. 2007-ci il təvəllüdül Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir. Qeyd edək ki, yaralılar Bakıda xəstəxanlardan birində müalicə alırdılar və dünən Sumqayıt xəstəxanasına köçürülüblər.

Read More
Hadisə 

Xırdalanda 64 yaşlı qadın hədələnib, sırğaları əlindən alınıb

Abşeron rayonunun Xırdalan şəhərində 64 yaşlı qadın hədələnərək sırğaları talanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, qadın polisə müraciət edərək yaşadığı evin girişində naməlum şəxsin kəsici alətlə hədələyərək onun 800 manat dəyərində qızıl sırğalarının talamasını bildirib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, 47 yaşlı T.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More
Hadisə 

FHN Tovuzdakı partlayışla bağlı məlumat yayıb

Fövqəladə Hallart Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib. Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Read More