Partlayışda ölən SOCAR-ın işçisi imiş – RƏSMİ
“SOCAR Petroleum” QSC bu gün Qazaxda baş verən partlayışla bağlı məlumat yayıb. Musavat.com xəbər verir ki, məlumatda bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla müşayiət olunan yanğın hadisəsinin baş verdiyi bildirilib. Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib. “Yanğın hadisəsi ilə bağlı dərhal FHN-ə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa…
Read More