Hadisə 

Qubada 3 uşaq atası özünü ASDI

Qubada intihar baş verib. Lent.az-ın məlumatına görə, hadisə səhər saat 7 radələrində Mirzəməmmədkənd kəndində qeydə alınıb. 65 yaşlı İslam Hacəhməd oğlu Məmmədov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb. Məlumata görə, mərhumun 3 övladı var. İntiharın səbəbləri məlum deyil.

Read More
Hadisə 

Azərbaycanda jurnalist vəfat etdi

Jurnalist Vüsal Nazim 35 yaşında vəfat edib. Milli.Az xəbər verir ki, bu haqda onun yaxınları məlumat verib. Onun xəstəlik səbəbi ilə rəhmətə getdiyi bildirilib. Qeyd edək ki, bir sıra media orqanlarında, sonuncu dəfə isə Vüsal Nazim “ARB24” kanalında redaktor kimi fəaliyyət göstərib. Evli idi, bir azyaşlı övladı da var idi. Allah rəhmət eləsin!

Read More
Hadisə 

Vətən müharibəsi iştirakçısı vəfat etdiFOTO

Mingəçevirdə Vətən müharibəsi iştirakçısı vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Vətən müharibəsi iştirakçısı Namaz Qaryağdı oğlu Şirinov qəfil ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki, Namaz Qaryağdı oğlu Şirinov Xocavənd və Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirakına görə medallarla təltif olunub.

Read More
Hadisə 

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Səbuhi Qasımov Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ondan 4 kiloqramdan artıq marixuana aşkarlanıb. Həmçinin, saxlanılan şəxsin rayon ərazisində yerləşən 7 fərdi yaşayış evindən oğurluq etdiyi də müəyyən olunub. Faktlarla bağlı cinayət işi başlanılıb, S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Tanınmış həkim bacısı qızının toyunda ÖLDÜ: Xeyir-dua verdikdən sonra… – TƏFƏRRÜAT

Toyda ölüm hadisəsi baş verib. Hadisə Şəkidə olub. Rayonun tanınmış həkimlərindən olan Leyla Şıxəliyeva bacısı qızının xoş günündə dünyasın dəyişib. O, toyda xeyir-dua verdikdən sonra rəqs etmək istəyərkən yerə yıxılıb. Təcili yardım gələnə kimi isə o artıq dünyasın dəyişib. Beləcə, toy yasa qarışıb. /Titul.az

Read More
Hadisə 

Azərbaycanda AĞIR QƏZA: biri azyaşlı olmaqla 4 nəfər…

Zaqatalada maşınlar toqquşub, xəsarət alanlar var. Hadisə Zaqatala şəhəri ərazisində baş verib. İlkin məlumata görə, Zaqatala rayon sakinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə Qazax rayon sakinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər. Hazırda yarılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır./Lent.az

Read More