Hadisə 

Zaqatalada körpə doğuş vaxtı öldü

Zaqatalada doğuş zamanı körpə ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeydə alınıb. Belə ki, rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü S.Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb. Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 kiloqram 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də…

Read More
Hadisə 

Astarada 18 yaşlı qızın meyiti tapıldı

Astarada meyit aşkarlanıb. APA-nın verdiyi xəbərə görə, hadisə gecə saatlarında Astara rayonunun Pensər kəndində baş verib. 18 yaşlı qızın meyiti asılmış vəziyyətdə tapılıb. Qeyd edək ki, valideynlərini itirən qız babası ilə yaşayırmış. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb

Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb. “Report”un Aran bürosunun məlumatına görə, günorta saatlarında başlanan külək daha da güclənib. Sakinlərin sözlərinə görə, güclü külək şəhərdə elektrik dirəklərindən birini aşırıb, naqillər qırılıb. Nəticədə iki saatdan çoxdur ki, şəhərin Heydər Əliyev prospektinin bir hissəsi, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Yunis Zərgərli, Ənvər Qasımzadə, Əli Zeynalov, Axund Mirbağırağa küçələri işıqsız qalıb. Hazırda aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülür.

Read More
Hadisə 

Qusarda QƏZA: Ölən və yaralananlar var

Qusar rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. “Report”un məlumatına görə, Qusar-Xudat avtomobil yolunun Çingiz Qurbanov küçəsindən keçən hissəsində “Chevrolet Cruze” markalı minik avtomobili ilə VAZ-2107 markalı avtomobilin toqquşması sonuncu nəqliyyat vasitəsinin sürücüsünün ölməsi ilə nəticələnib. Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə zamanı Qusar rayon sakinləri – 2001-ci il təvəllüdlü Fərrux Kamran oğlu Savziyev, 1989-cu il təvəllüdlü Orxan Əjdər oğlu Şəkərxanov və 1999-cu il təvəllüdlü Amik Nazim oğlu Hasəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanlı biznesmenin qohumu sevgilisini döydü, cinayət işi açıldı

Rusiyanın Kamçatka vilayətində 37 yaşlı azərbaycanlı Asif Hacıyev 32 yaşlı sevgilisini döyüb. Hacıyev zərərçəkənin qollarını və ayaqlarını lentlə bağlayaraq sərbəst hərəkətini məhdudlaşdırıb və ona qarşı zorakılıq tətbiq etməkdə davam edib. İstintaq Komitəsinin Petropavlovsk-Kamçatski şəhəri üzrə İstintaq İdarəsi bu faktla bağlı Cinayət Məcəlləsinin 127-ci maddəsilə cinayət işi açıb. Məlumata görə, Hacıyev Asif Mehdimuquma oğlunun qohumları məşhur “BAM” gecə klubunun sahibidirlər. “BAM” MMC 28 yanvar 2021-ci ildə ləğv edilib. Onun təsisçiləri Svetlana Vasilievna Novoselova və Polad Yəhya oğlu Hacıyevdir. (lent.az)

Read More
Hadisə 

Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini OĞURLADI

Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini oğurlayıb. Musavat.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 1-də gecə saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisində taksi sürücüsünün sərnişinə məxsus içərisində 684 manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsini oğurlaması barədə polisə məlumat daxil olub. Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Mingəçevirdə qardaş bacını döyərək xəstəxanalıq ETDİ

Mingəçevirdə 33 yaşlı qadın döyülərək müxtəlif bədən xəsarətləri alıb. “Unikal”ın məlumatına görə, hadisə axşam saatlarında Cəmil Əliyev küçəsi 12 ünvanında baş verib. Şəxsi münasibətlər zəminində qardaşı tərəfindən döyülən 1991-ci il təvəllüdlü Mehri Ramiz qızı Hənifəyeva müxtəlif bədən xəsarətləri, o cümlədən kəllə-beyin travması alıb. Döyülən qadın xəstəxanaya çatdırılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Şəki Regional Qrupundan “Unikal”a verilən məlumata əsasən baş vermiş hadisə ilə bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanıb.

Read More