Hadisə 

İmişlidə kişi canına qəsd etdi: Ailəsi meyitini 1 gün sonra tapdı

İmişlidə intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Cavadxanlı kəndində baş verib. 52 yaşlı İsmayıl Qənbər oğlu Əsəfov yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin girişində özünü asıb. Onun asılmış meyitini 1 gün sonra ailə üzvləri aşkar ediblər. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Qazaxda zəncirvari qəza olub, xəsarət alanlar var

Qazaxda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü K.Salehov və 1987-ci il təvəllüdlü S.Ocaqverdiyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Bakıda qız dərsdən qaçdı – Başına iş gəldi

Bakıda dərsdən qaçmaq istəyi şagirdə baha başa gəlib, yıxılaraq ciddi xəsarətlar alıb. Hadisə Qaradağ rayonunda, 274 saylı məktəbdə baş verib. Məlumata görə, 2008-ci il təvəllüdlü Aysel Abbasova (ad-soyad şərtidir-red.) dərsdən qaçarkən yıxılıb və sınıq xəsarətləri alıb. Hazırda onun xəstəxanaya yerləşdirildiyi və əməliyyata alındığı bildirilir./Bakupost.az

Read More
Hadisə 

Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər – VİDEO

Xəbər verdiyimiz kimi, Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Evdə təmir işləri görən 24 yaşlı gəncin ehtiyatsızlıqdan yıxılaraq ölüb. Ailəsininilə verdiyi məlumata görə, Anar Məşədiyevin bir gün sonra elçilik və nişan mərasimi olacaqmış. Gənci ailəsinin musiqi sədaları ilə dəfn etdiyi görüntü “APA Tv”də yayımlanıb./Milli.Az/

Read More
Hadisə 

Faciəvi şəkildə ölən yeniyetmənin anasından ürəkdağlayan fəryadVİDEO

Oktyabrın 29-u axşam saat 10 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar. Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib. “Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı”, – deyə Elməddin Fərzəliyevin əmisi bildirib. Vətəndaşların iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Ətraflı Baku TV-nin süjetində:

Read More
Hadisə 

Bakıda azyaşlı anası tərəfindən təhdid olunur – AUDİO

Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur. Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisənin paytaxtın Nizami rayonunda, mənzillərin birində baş verdiyi bildirilir. Məlumata görə, ana ağlayan azyaşlı övladına qarşı şiddət tətbiq edib, onu təhqir edərək kəmərlə döyməklə hədələyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülər nəzarətə götürülüb və araşdırma aparılır. Həmin görüntüləri təqdim edirik:

Read More