Hadisə 

Bakıda iş adamı SAXLANILDIFOTO

Bakıda dələduzluqda ittiham edilən iş adamı saxlanılıb. Xətai Rayon Polis İdarəsinin (RPİ) keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmiş Samir Umudov tutulub. Müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda mənzillərini təmir edəcəyi adı ilə zərərçəkənləri aldadaraq pullarını ələ keçirib. Bu müddət ərzində S.Umudov həmin şəxslərdən ümumilikdə 317 min manatdan artıq pul alıb. Buna baxmayaraq, o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib. Həmçinin S.Umudov zərərçəkənlərdən birinin etibarından sui-istifadə edərək onun mənzilini banklardan birinə girov qoyaraq maddi vəsaiti ələ keçirib.…

Read More
Hadisə 

Bakıda qadın mağazadan 2 minlik paltar OĞURLADI

Bakıda mağazadan oğurluq edilib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 2000 manat dəyərində geyim əşyaları oğurlanıb. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon oğurluqda şübhəli bilinən 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More
Hadisə 

Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır – NONSENS MƏHKƏMƏ İŞİ

Azərbaycanda məhkəmə saxta sənədlərlə, eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun göstərişi ilə verilən kreditə görə vətəndaşa məxsus obyekti satışa çıxarmağa hazırlaşır. Əslində, bu gün Yasamal Rayon Məhkəməsində Nizami Kərimovun iddiası əsasında aparılan məhkəmə araşdırmasının bütün Azərbaycan vətəndaşlarının, elə işə baxan hakim Ayşən Sultanova-Məmmədovanın özünün, yaxınlarının mülkiyyət hüququna birbaşa aidiyyəti var. Hakimin verəcəyi yanlış qərar bütün vətəndaşların mülkiyyət hüquqlarını laxladıb alt-üst etmək, kökündən məhv etmək gücündədir. Sadə dillə desək, hər kəsin əmlakını ondan xəbərsiz banka girov qoymağa, götürülən krediti ödəməməklə əmlakını banka ötürməyə imkan verəcək. Bu isə böyük…

Read More
Hadisə 

Azərbaycanda məktəblilər İTKİN DÜŞDÜ – FOTOlar

Sumqayıtda iki məktəblinin itkin düşdüyü bildirilir. ARANTV.AZ  xəbər verir ki, Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt məktəblərinin birində 8-ci sinif şagirdləri – A. Məmmədov və E. Quliyeva (şərti) itkin düşüblər. Bildirilib ki, onlar səhər saatlarında məktəbdən çıxaraq naməlum istiqamətdə gediblər. Hazırda hər iki yeniyetmənin mobil telefonuna zəng çatmır. Məsələ ilə bağlı Sumqayit24.az-ın əməkdaşı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Sumqayit24.az-a bildirib ki, həmin şəxslərin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Onların tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarışlar və digər zəruri…

Read More
Hadisə 

Hərbçimiz qəzada öldü

Qubadlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. ARANTV.AZ  “Unikal”a istinadən xəbər verir ki, “Mercedes” markalı avtomobilin qəzaya düşməsi nəticəsində 2002-ci il təvəllüdlü Astara rayon sakini Elnur Cabbarov həyatını itirib. Qeyd edək ki, E.Cabbarov Azərbaycan Ordusunun zabiti idi. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Təcili yardımın sürücüsü qətlə yetirildi

Göyçay rayonunda qətl hadisəsi baş verib. Metbuat.az-ın məlumatına görə, hadisə bu gecə saat 21:00 radələrində Göyçay rayonunun Potu kəndində qeydə alınıb. Rayon sakini 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğluna şəxsi avtomobilində kəsici alətlə ağır xəsarətlər yetirilib. Zərbənin təsirindən Asif Eminov elə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub. Asif Eminovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.…

Read More
Hadisə 

Azərbaycanda vəzifəli şəxslər həbs olundu – RƏSMİ

Xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Baş Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a daxil olan xəbərə görə, istintaqla Rüfət Qarayev, Elnur Qarayev, İbrahim Lalayev, Elməddin Muxtarov və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Land Lojistics”, “International Lojistics” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 85.5 milyon ABŞ…

Read More
Hadisə 

Meyxanaçının da içində olduğu maşın partladı: İki nəfər yanaraq öldü – Hadisənin TƏFƏRRÜATIVİDEO

Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Belə ki, hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobil qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeot” markalı avtomobil tamamilə yanıb. Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüblər. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. “Gəlirdik, yolda gördük ki, maşın alışıb. Əlimizdən gələn…

Read More
Hadisə 

Tuneldə boğularaq ölən Elnurun – FOTOSU

Xəbər verdiyimiz kimi, Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. “Qafqazinfo” xəbər verir ki, həyatını itirən şəxslərdən 48 yaşlı Elnur Fazil oğlu Şirinov Kürdəmir şəhər sakini imiş. O, çörəkdaşıyan avtomobil idarə edirmiş və Bakıdan rayona vaxtaşırı olaraq çörək apararaq satırmış. Qeyd edək ki, Sabunçu tunelində E.Şirinovla yanaşı 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov da boğularaq ölüb. Faciəvi şəkildə ölən Elnur Şirinovun fotosunu təqdim edirik:

Read More