Hadisə 

Bakıda avtomobil qatara çırpılıb, ağır xəsarət alanlar var

“Bu gün saat 02:30-da “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb” Bu barədə Musavat.com-a ADY-dən bildirilib. İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və yaralılar xəstəxanaya yerləşdiriliblər. ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır: “Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində…

Read More
Hadisə 

Ordumuzun mayoru VƏFAT ETDİ

Azərbaycan Ordusunun hərbçisi vəfat edib. ARANTV.AZ  unikal-a istinadən xəbər verir ki, mayor Famil Əliyev bu gün ürək tutmasından dünyasını dəyişib. Qeyd edək ki F Əliyev Şuşada yerləşən “N” saylı hərbi hissələrin birində çalışırmış. Mərhum sabah Gəncədə dəfn ediləcək.

Read More
Hadisə 

Tağı Əhmədov DƏFN OLUNDUFOTO

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov dəfn olunub. Mərhum Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində T.Əhmədovun qohumları, keçmiş iş yoldaşları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktybarın 18-də vəfat edib. T.Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub, 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. T.Əhmədov 1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel…

Read More
Hadisə 

Polisin tutduğu 35 yaşlı qadının ŞOK əməli üzə çıxdı

Bakıda mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən şəxs mənzilindən 35 min manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib: “Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 35 L.Babayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, L.Babayeva oğurladığı pulların bir qismini mərc oyunlarına qoyaraq orada uduzub”.

Read More
Hadisə 

Lənkəranda öldürülən gənclə bağlı yeni detal: Nişan mərasimi olacaqdı

Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evin tək oğul övladı olan E.Cəfərov idmançı olub və yaxın vaxtlarda nişan mərasimi keçiriləcəkmiş. **** Ötən gün Lənkəranda 2000-ci il təvəllüdlü Elnur Cəfərov kəsici alətlə qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb. **** Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var. ARANTV.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, oktyabrın 17-si, saat 22:00 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci…

Read More
Hadisə Region Xəbərləri 

Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü saxlanılıb VİDEO

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Range Rover” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Mirbəhram Qasımlıya “saxla” işarəsi verilib. Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub. M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Read More
Hadisə 

“Range Rover” sürücüsü “narkoman” çıxdı

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Range Rover” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya “saxla” işarəsi verilib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub. M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Read More
Hadisə 

Azərbaycanda tələbə qəfil vəfat edibFOTO

Azərbaycanda tələbə ürəktutmadan qəfil vəfat edib. Bu barədə BAKU.WS-in “qaynar xətti”nə mərhumun sinif yoldaşı Kənan Yunisli məlumat verib. O, bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin III kurs tələbəsi Murad Bayramlı 17 oktyabr tarixində ürəktutmadan qəfil vəfat edib. Dostu daha əvvəl Muradın səhhəti ilə bağlı heç bir problemi olmadığını deyib. Vəfat edən tələbə ailədə 3 övlad olub, 1 bacı, 1 qardaşı var.

Read More
Hadisə 

Gəncədə yaşayış binasında dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var – YENİLƏNİBFOTOVİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. ***…

Read More