Hadisə 

11-ci sinif şagirdi intihar etdi

Astarada məktəbli intihar edib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Siyakü kəndində baş verib. Həmin kənddəki orta məktəbin 11-ci sinif şagirdi 2007-ci il təvəllüdlü M.Qəmxarov həyatına qəsd edib. Bu gün səhər saatlarında anası 17 yaşlı oğlunun otağında olmadığını görərək axtarmağa başlayıb və özünü evlərinin həyətindəki yardımçı tikilidən asdığını görüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Bu ilin 9 ayı ərzində 130 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində qanunsuz 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddə dövriyyədən çıxarılıb. Bu barədə Musavat.com-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verilib. Bildirilib ki, dövriyyədən çıxarılan narkotik vasitənin ümumilikdə dəyəri 130 milyon 931 min AZN kimi qiymətləndirilir.

Read More
Hadisə 

Bakıda iki avtomobil toqquşub, yanğın baş verib

Bakıda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayonunda “ВАЗ” və “ZAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More
Hadisə 

Dönərdən daha bir kütləvi zəhərlənmə – 18 nəfər xəstəxanalıq oldu

Tovuz rayonunda kütləvi zəhərlənmə olub. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir. Zəhərlənən şəxslər bunlardır: Qovlar şəhər sakinləri 2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova; 1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov; 1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov; 2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov; 2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva; 1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva. İbrahimhacılı kənd sakinləri 1980-ci il təvəllüdlü Aqil…

Read More
Hadisə 

“Vosmoy” bazarında araba sürən öldü

Bakıda bazarda ölüm hadisəsi olub. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda yerləşən “8-ci kilometr” (Vosmoy) bazarında qeydə alınıb. 56 yaşlı Səlimov Əli Səlim oğlu qəflətən halı pisləşərək dünyasını dəyişib. Məlumata görə, mərhum həmin bazarda araba sürən işləyib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir. Araşdırma aparılır.

Read More
Hadisə 

Sabirabadda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib

Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib. “Report”un Aran bürosuna verilən ilkin məlumata görə, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məstalıyeva Qızqayıt Sərraf qızı xəstəxanaya aparılarkən epilepsiyadan (sudurğadan) yolda dünyasını dəyişib. Qadının hamilə olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

​Göyçayda müəllim vəfat etdi – FOTO

Göyçay şəhər 3 saylı uşaq bağçasının müəllimi Rəfiqə Həsənova dünyasını dəyişib. R.Həsənovanın yaxınları onun həkimlərin qoyduğu səhv diaqnozun qurbanı olduğunu iddia edirlər. Məlumata görə, R.Həsənova xəstəliyi ilə əlaqədar əvvəl Göyçay Mərkəzi Rayon Xəstəxanasında müalicə olunub, sonradan vəziyyəti ağırlaşdığı üçün Bakıya aparılıb. Mərhumun bacısı bildirib ki, Rəfiqə Həsənovanın xəstəliyi barədə Göyçay Mərkəzi Rayon Xəstəxanasında əvvəldən səhv diaqnoz qoyulub, düzgün müalicə aparılmayıb: “Bakıdakı həkimlər isə onun xəstəliyi ilə bağlı müalicə prosesinə başlamağın artıq gec olduğunu bildiriblər. Ona heç bir əlac etmək mümkün olmayıb”. Mərhumun yaxınları hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər./bakivaxti.az

Read More