Hadisə 

Azərbaycanda yeniyetmə QIZDIRMADAN ÖLDÜ

Azərbaycanda yeniyetmə qızdırmadan ölüb.  Hadisə Şirvan şəhərində qeydə alınb. 2007-ci il təvəllüdlü Mirramil Nəzərli Şirvan şəhər Mərkəzi Xəstəxanasına daxil olub və yüksək hərarətdən orada ölüb. Yeniyetmənin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin edilib. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Məktəbdə meyiti tapılan gözətçinin ölüm SƏBƏBİ məlum oldu

Xəbər verildiyi kimi, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə ölüm hadisəsi qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb. Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını öyrənib. 62 yaşlı gözətçi ürək xəstəsi olub. Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.

Read More
Hadisə 

Aeroportun tualetindən yeni doğulmuş körpə tapıldı – FOTO

Türkiyənin Antalya şəhərində beynəlxalq hava limanında dəhşətli hadisə baş verib. Belə ki, xadimə əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş qadın tualetinin unitazında yeni doğulmuş uşaq tapıb. ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, şoka düşmüş qadın dərhal hadisə barədə hava limanının təhlükəsizlik xidmətinə məlumat verib. Hadisə yerinə polislər cəlb olunublar. Araşdırmalara başlanılıb və cəmi 12 dəqiqə ərzində körpəni atan ananın şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun Moskvaya uçuş üçün növbədə dayanan 18 yaşlı Rusiya vətəndaşı Yekaterina B. olduğu müəyyən edilib. Məlum olub ki, gənc qadın uşağı hava limanının tualetində doğub, sonra…

Read More
Hadisə 

Bakıda məktəbdə meyit tapıldı

Bakıda məktəbdə ölüm hadisəsi baş verib. İnsident Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Read More
Hadisə 

Xaçmazda fiziki məhdudiyyətli kişi döyüldü

Xaçmazda fiziki məhdudiyyətli kişi döyülüb. Hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Akif Qədirov naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Qeyd edək ki, A. Qədirov mənzildə tək yaşayır. O, qardaşı tərəfindən xəstəxanaya çatdırılıb. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır./unikal

Read More
Hadisə 

Hacıqabulda nə baş verir? – Əhali təxliyə olunur – VİDEO

İntensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, ötən gündən başlayan əməliyyat gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib. Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin olunub. Həmçinin, Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub. Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam…

Read More
Hadisə 

Sumqayıtda toya gələn qonaq ÖLDÜ

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib və o elə restoranda dünyasını dəyişib. Fakt araşdırılır.//APA

Read More
Hadisə 

Bakıda zavodda faciəvi hadisə – Anbaan görüntülər

Sosial şəbəkələrdə Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntülərin 2 gün əvvəl Biləcəri qəsəbəsində lentə alındığı və oradakı zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi bildirilib. Əldə etdiyimiz məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin görüntülərini təqdim edirik:

Read More