Məktəbdə meyiti tapılan gözətçinin ölüm SƏBƏBİ məlum oldu
Xəbər verildiyi kimi, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə ölüm hadisəsi qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.
Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını öyrənib. 62 yaşlı gözətçi ürək xəstəsi olub.
Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.