Hadisə 

Zaqatalada müəllim özünü asdı

Zaqatalada qadın intihar edib. Lent.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Şəhər sakini Natella Kavuzova yaşadığı evdə özünü asaraq, həyatına son qoyub. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. Mərhumun xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, Natella Kavuzova uzun müddət biologiya müəllimi işləyib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi, qaçaqmalçılıq və qanunsuz fəaliyyətə qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “İki sahil”ə verilən xəbərə görə, oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qrammüxtəlif çeşitli narkotik vasitə və 13110…

Read More
Hadisə 

Öz qızını və həyat yoldaşını qətlə yetirən Fəridin bu sözləri ŞOK YARATDIVİDEO

Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə başa çatıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı Samir Məmmədov çıxış edərək Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi. Fərid Hüseynlinin məhkəmədə son sözünü təqdim edirik.

Read More
Hadisə 

Lənkəranda usta faciəvi şəkildə öldü

Lənkəranda usta faciəvi şəkildə ölüb. Hadisə Lənkəran-Lerik avtomobil yolunun kənarında baş verib. Burada dülgər sexinin damını rəngləyən 31 yaşlı Rzazadə Elgün Rza oğlu şiferin qırılması nəticəsində yıxılaraq, xəsarətlər alıb. O, yerləşdiyi Lənkəran rayon Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Lent.az

Read More
Hadisə 

Beyləqanda narkokuryerlik edən şəxslərdən marixuana aşkarlandı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar. ARANTV.AZ  xəbər verir ki, onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Bakıda şirkət işçisi özünü öldürdü

Bakıda oktyabrın 4-ü özünü binadan atan qadın müalicə aldığı xəstəxanada vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonu, Əliyar Əliyev, 1 ünvanında baş verib. Məlumata görə, canına qəsd edən 25 yaşlı Aişə Şıxbabayeva şirkətlərin birində qeydiyyatçı vəzifəsində çalışırmış. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər – VİDEO

Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsinin təfərrüatı məlum olub. Belə ki, hadisə Şəmkirin Sarıtəpə kəndində qeydə alınıb. Üç uşaq anası Malika Sarıyeva qız övladına hamilə qaldığı üçün baldızı tərəfindən vəhşicəsinə döyülərək xəstəxanalıq olub. Nəticədə isə ananın bətnindəki 4 aylıq uşaq tələf olub. Zərərçəkənin bacısının sözlərinə görə, bu kimi xoşagəlməz hadisələr dəfələrlə Malikanın başına gəlib. Qeyd edək ki, məsələ ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Ətraflı Real TV-nin süjetində:

Read More
Hadisə 

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb. Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib. Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Read More
Hadisə 

Abşeronda dəhşət: Kamaz oğlanın üstündən keçdi

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib. Piyada 2003-cü il təvəllüdlü Sarxanlı Vaqif Həbib oğlunu Kamaz yük maşını vurub. Xəstə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ciddi baş-beyin travması və sınıqlar alan xəstə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Fakt üzrə araşdırma aparılır.//Bakupost.az

Read More